12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Ayntraxt” rəsmisi: “Emil Balayevə güvənirik”

“Ayntraxt”da kimlərin qalacağı böyük ölçüdə dəqiqləşib”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun meneceri Bruno Hübner deyib.

Frankfurt təmsilçisini növbəti mövsümdə də hazırkı baş məşqçi Tomas Şaafın çalışdıracağı dəqiqləşib. Təcrübəli mütəxəssis indiki heyətin əksər üzvlərini komandada saxlamaq niyyətindədi.

Bununla bağlı danışan Hübner qapıçı axtarışında olduqlarını deyib. O, söhbət əsnasında “Ayntraxt”ın azərbaycanlı futbolçusu Emil Balayev haqda da fikirlərini bölüşüb: “Təbii ki, yeni transferlər olacaq. Komandanın kapitanı Kevin Trapp və Emil Balayevə güvənirik. Hər ikisinin komandada qalacağını söyləyə bilərəm. Qapıçı axtarışındayıq. “Ayntraxt”dan gedəcək Feliks Vidvaldın yerinə yeni oyunçu gətirəcəyik”.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev “Ayntraxt”a bu ilin əvvəlində keçib.

Mənbə: Apasport.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30