Ölkə futbolu
"Məndən sonra “Neftçi”yə gələcək məşqçi ya Mourinyo, ya da Qvardiola olmalıdır"
Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi
- “Neftçi” son illər uğursuz çıxışları ilə əsas müzakirə mövzusuna çevrilib. Keçmiş komandanızın bu vəziyyəti haqda nə deyə bilərsiniz?
- Bildiyimə görə, “İnter”ə məğlubiyyətdən sonra komandanın üç yerli futbolçusunu komandadan uzaqlaşdırıblar. Bu futbolçulardan “Neftçi”yə ən son gələni Rauf Əliyevdir. Ancaq Rauf Azərbaycanın adlı-sanlı, öz sözünü deyən oyunçularındandır. Çox keyfiyyətli hücumçudur. Mirhüseyn Seyidovla Elvin Yunuszadə isə Milan “İnter”i, “Rubin” və “Partizan” kimi komandalara qarşı Avropa Liqasında çıxış edən futbolçulardır. Məncə, “Neftçi”də motivasiya əvvəlki qaydada deyil. Problem bundadır. Arif Əsədov ağıllı məşqçidir. Onun köməkçiləri də təcrübəlilərdən ibarətdir. Ola bilər ki, məşqçi ilə futbolçular arasında problem var. Bax bunu dəqiq deyə bilmirəm.
- Sizin dövrünüzlə müqayisədə komandada nə dəyişib?
- Mən bu komanda ilə üç cəbhədə vuruşmuşam. Azərbaycan çempionluğu, kuboku uğrunda və Avropa Liqasının qrup mərhələsində. Onda da komandanın aparıcı üzvləri bu uşaqlar idi. Məndən sonra elə böyük dəyişiklik olmadı. Elnur Allahverdiyev gətirildi və altı aydan sonra göndərildi. Bu gün Rauf Əliyevi yola salırlar. Əgər komandada sabit heyət yoxdursa, yaxşı futboldan söhbət gedə bilməz. Ən başlıcası isə məşqçi avtoritet olmalıdır. Futbolçu məşqçini görəndə özünü yığışdırmırsa, deməli, orda nəticə qazanmaq çətin olar.
- Nə çatışmır “Neftçi”də?
- Hər şeydən əvvəl komandada istək yoxdur. Komanda meydançaya qələbə əzmi ilə çıxmırsa, uğur gözləmək boş söhbətdir. Bax bunun üzərində işləməlidirlər. Gündə heyət dəyişməklə komanda yaratmaq mümkün deyil. “Qarabağ” beş il bir heyətlə oynadı və axırda çempion oldu. Bu gün “Neftçi” hazır komandadır. Sadəcə, futbolçular fiziki cəhətdən çox geri qalırlar.
- Deməli, bir problem də fiziki çatışmazlıqla bağlıdır?
- Bəli, futbolçuları fiziki cəhətdən hazırlayanın özü ilə məşğul olmaq lazımdır. “Neftçi”nin oyununa baxanda aşkar hiss olunur ki, komanda fiziki cəhətdən çatdırmır. Bir şeyi də əlavə edim. Məndən sonra “Neftçi”yə baş məşqçi gələn insan özünü alovun içinə atır. Çünki sonuncu dəfə Avropa Liqasının “pley-off”una yüksəlməyimizi də nəzərə alsaq, “Neftçi”də altı nəticə qazanmışam. Belə nəticələr olan komandaya gələn məşqçi gərək ya Mourinyo ola, ya da Qvardiola.
- Premyer Liqanın son turunda “Neftçi” “İnter”ə 0:4 hesabı ilə uduzdu. Həmin oyunda azarkeşlər istefa şüarları səsləndirdilər. Həmçinin, azarkeşlər Sadıq Sadıqovun və sizin yenidən “Neftçi”yə dönməyinizi tələb edirdilər. “Neftçi”yə qayıtmağınız mümküdür?
- Deməli, “Neftçi”də lazımınca iz qoyub çıxmışıq. Kütlə mənim adımı çəkirsə, bu, mənim üçün milyonlara dəyər. “Neftçi”yə qayıtmağıma heç inanmıram. Müşahidə Şirasının sədri Çingiz Abdullayevin yazan əllərinə böyük hörmətim var. Ancaq futbolda özünü necə göstərəcək, bunu bilmirik. Ancaq Sadıq Sadıqov futbolda öz sözünü deyib və gedib.
- Yaxın zamanlarda yenidən məqçiliyə başlamaq istədiyinizi demişdiniz.
- Bəli, bildirmişdim ki, Məşqçilər Komitəsində müvəqqətiyəm. Bu yaxınlarda PRO kateqoriyasının imtahanını verdim. Ola bilər ki, ölkəni tərk edim. Xarici klublarla da danışıqlar gedir. Artıq bu, reallıqdır. Əgər Azərbaycanda adlı-sanlı klubdan təklif alsam, birinci onun üzərində işləyəcəm.
- Hansı ölkələrdə çalışa bilərsiniz?
- İran və Rusiyadan.
- Sonda “Neftçi” və “Qarabağ” arasında keçiriləcək kubokun final oyunu haqda proqnozunuzu öyrənək...
- Məncə, Qurvan Qurbanov “qızıl dubl”u əlindən buraxmaz. Onu da deyim ki, “Qarabağ”ın da oyunu son vaxtlar mənə xoş gəlmir. Komanda sanki gəzə-gəzə futbol oynayır. Ola bilsin ki, futbolçular yorğundur. Çünki onlar bu mövsüm çox iş gördülər.
Mənbə: Qol.Az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























