Ölkə futbolu
Arzular teatrına aparan yol
Sətirlər qələmə alınmağa başlayanda AFFA-nın rəsmi saytı məlumat yaydı ki, növbəti mövsüm Topaz Premyer Liqasında oynamaq üçün lisenziya almış 10 klub arasında “Kəpəz” də var. Bu rəsmi xəbər qeyri-rəsmi şəkildə Gəncənin iki il sonra yüksək liqaya qayıtdığını göstərir. Taleyin ironiyası: iki gün əvvəl Gəncənin küçələrində gəzərkən və ən əsası, Nizami prospektindəki meydançada top qovan uşaqları izləyərkən düşünürdüm ki, ədalətsizliyə bir bax, bu cür potensiala və futbol ənənələrinə malik şəhərin komandası Premyer Liqadan nə qədər uzaq düşüb…
“Potensial” deyərkən mübaliğəyə yol vermədim. Gəncədə həqiqətən əla uşaqlar var: bunu tək öz adımdan yox, üçüncü şəxsin – “Mançester Yunayted”in Yay Futbol Məktəbinin baş məşqçisi Mik Bennettin adından da yazıram. O məktəb ki, “Bakcell” şirkəti və AFFA tərəfindən Azərbaycanda artıq üçüncü ildir təşkil olunur. Bu il Gəncə ilə başlayan seçimlər mayın sonlarına qədər növbə ilə Qax, Xaçmaz, Sumqayıt və Bakıda da baş tutacaq. Hər regiondan seçilmiş ən istedadlı və perspektivli gənclər iyunun 1-dən 7-dək paytaxtda final mərhələsinə qatılmış olacaqlar. Qarşıda duran məqsəd isə bəllidir: “Arzuların teatrı” - “Old Trafford”a səfər!
Gəncə bizi güclü və gecə keçənə qədər durmaq bilməyən yağışla qarşıladı. Amma nə bu yağış, nə sərin hava, nə də xəstələnmək təhlükəsi uşaqların həvəsinin qarşısında dayana bilməzdi. Yağmur yalnız seçimlərin birinci gününün planlaşdırılandan bir qədər tez bitməsinə səbəb oldu (o da uşaqların səhhətini nəzərə almaqla). Günəşin az qala yandırdığı ikinci gün də daxil olmaqla isə Gəncə seçimlərinə 8-12 yaş arası 160 uşaq qatıldı! Bir neçə ildir böyük futbol olmayan bir şəhər üçün əla rəqəmdir bu!
Seçimlər çox sadə və anlaşıqlı prinsiplə aparılırdı: uşaqlar yaş qrupları üzrə bölünür, öz aralarında 5-5-ə (4 sahə oyunçusu + qapıçı) prinsipi ilə 10 dəqiqəlik matç keçirirdi. Hər mini-matçın sonunda məşqçilər (onların sayı 4 idi) bəyəndikləri uşaqların nömrələrini dəftərçələrinə qeyd edirlər. Yekunda iki məşqçinin bəyəndiyi uşaq yekun 32 nəfərlik finala düşür.
Eyni prinsiplə bir etap seçimlər də finalda baş tutur. Nəticədə “Old Trafford”a doğru ilk addımlarını atan xoşbəxtlər müəyyənləşir.

Mik Bennetlə seçimlər bitəndən – iyunda Bakıya gələcək 6 xoşbəxt uşaq müəyyənləşəndən sonra elə meydançada – futboldan doymayıb oyunu plastik su şüşələri ilə davam etdirən uşaqların əhatəsində söhbətləşdim. O deyir ki, say şərt deyil; 5 də ola bilərdi, 8 də. Sadəcə, hazırda məhz bu 6 nəfər tam tələblərə cavab verdi.
“Bu iki günlük ağır işdən ilk təəssüratlarınız nədir” sualına cavabı isə “Ağır iş? Nə ağır? Həzz aldım!” oldu: “Yeganə çətinlik layiqlilər arasından ən yaxşı 6 nəfəri seçmək oldu. Bakıdan kənara ilk dəfə idi çıxırdım və inanmazdım ki, Gəncədə bu qədər istedad var! Sözün yaxşı mənasında şokdayam. İmkanım olsaydı, bəyəndiklərimin hamısını Bakıya aparardım. Amma məşqçi kimi bizim işimiz məhz ən yaxşıları müəyyənləşdirməkdir ki, bunun da öhdəsindən gəldik”.
Seçimlərin ilk saatlarından arxasında “060” (qeydiyyat nömrəsi) yazılmış balaca uşaq diqqətimi cəlb elədi. Sürətli, texnikalı, mübarizədən qorxmayan. Təvvəllüdünü soruşdum – 2005-cı il. Nədənsə onun finala çıxacağına əmin idim. Amma Rüstəm (adını lap sonda öyrəndim – adaşım imiş) nəinki yekun “altılığ”a, heç o 6 nəfərin seçildiyi 32 uşaq arasına da düşmədi. Məşqçi Rafiq Mirzəyev dedi ki, çox perspektivli uşaqdır və ötən il də bu seçimlərdə idi, amma bir qədər artırmalıdır. Onun da vaxtı çatacaq. Bəs seçimlər hansı meyarlar üzrə aparılır? “Mançester Yunayted” klubu yay futbol məktəblərində uşaq seçərkən ən çox hansı bacarıqlara diqqət yetirir?
Bennet deyir ki, bütün keyfiyyətlər önəmlidir: “Texnika, sürət, bədənin koordinasiyası, balans, fiziki göstəricilər – bunların hamısı kompleks götürülür. Onlardan biri və ya bir neçəsi olmayanda uşağın inkişaf etdirilməsi çətindir. Seçimi çətinləşdirən də elə budur. Kimsə yaxşı texnikaya malikdir, kimdəsə koordinasiya çatmır. Məşqçilərlə birgə bütün sadaladığım meyarlara yüksək səviyyədə sahib olan uşaqlara üstünlük veririk”.
Sonradan öyrəndim ki, seçimlərdə iştirak edənlər arasında ikinci, hətta üçüncü dəfə gələnlər, vaxtilə Bakıda finallara qatılanlar, amma Mançesterə yollanmaq xoşbəxtliyini yaşamayan uşaqlar da var idi. Onların bu xoşbəxt simalarına baxın.

Arzular tükənməzdir, deyilmi? “Old Trafford” arzusu da xüsusilə.
Uzaq yol isə buradan başlayır. Gəncənin Nizami prospektindəki adi məhəllədən.
Növbədə Qax, Xaçmaz, Sumqayıt, Bakı və... Mançesterdir!
Rüstəm ƏFSƏRLİ, topsport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























