Ölkə futbolu
Cavid İmamverdiyev: “Mənə “oynayırsan oyna, oynamırsan ... get məmləkətinə” dedi”
“Elazığspor” klubundan qalmaqallı şəkildə ayrılan, klub prezidentinin haqqında FİFA-ya müraciət ünvanladıqlarını da dediyi Cavid İmamverdiyev “Futbol+” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni ixtisarlarla təqdim edir:
- Klub prezidenti Səlcuk Öztürkün səsləndirdiyi fikirlərlə tanışsan?
- Mətbuatdan oxudum. Heç nə demək istəmirəm, Allah böyükdü, görür kim düzdü, kim səhv. Kimlər nələr edir.
- Səndən FİFA-ya şikayət etdiklərini bildirib. Dediyinə görə, komandanı icazəsiz tərk etmisən.
- Nə istəyirlər, etsinlər. Mən xəstəxanadan xəstəliyimlə bağlı raport alıb kluba təqdim etmişəm. Ondan sonra Bakıya gəlmişəm. Bir də ki, Ümit Özat məni komandadan qovmuşdu, nə etməliydim? Qalmışdım ortalıqda. Müalicə almaq üçün Bakıya gəldim, sonradan qayıtmağımı istəmədilər. Əllərində həkim raportu varsa, bu komandanı özbaşına tərk etmək anlamına gəlməməlidi.
- İndi nə etmək fikrin var?
- Heç nə etməyəcəm, oturub FİFA-nın qərarını gözləyəcəm. Nə olacaq, necə olacaq,qərardan sonra aydınlaşacaq. Ancaq mənim üstümə şər atılmasını, haqqımda olmayan şeylərin deyilməsini, adımın ləkələnməsini istəmirəm. Adamın adamla problemi olar. Bundan istifadə edib arxamca nəsə uydurmaq düzgün deyil.
- Nə mənada?
- Klubdan mətbuata açıqlama verilib ki, guya kirayə qaldığım evdə bəzi əşyalar yoxa çıxıb. Halbuki elə şey olmayıb. Adicə bir kibrit çöpü də götürməmişəm. Özümə aid əşyaları toplayıb Bakıya gəlmişəm. Evin açarını yaxın türk yoldaşım var ona vermişəm, o da prezidentin köməkçisinə çatdırıb. Sadəcə, adımı ləkələmək istəyirlər. Ordan nəsə götürmüşəmsə, Allah bəlamı versin. Hətta bundan sonrakı həyatımda oğurluq etmək niyyətim olsa, Allah canımı indidən alsın, o günləri görməyim. Mən ağlsız uşaq deyiləm ki, elə şeyə əl atım. Ailə başçısıyam, az-çox həyat təcrübəm var.
- Bəlkə açarı verdiyin türk dostun səndən sonra həmin evdə olub və həqiqətən də hansısa əşyalar yoxa çıxıb.
- Xeyr, onu ağlınızın ucundan belə keçirtməyin. Həmin adamın düzgünlüyünə başımla cavabdehəm. Mən Elazığı tərk edən kimi açar lazım olan adama çatdırılıb. Sadəcə, adıma ləkə salmaq istəyirlər.
- Prezidentin səninlə nə qəsd-qərəzliyi var?
- Komandaya yeni gəldiyim vaxtlarda mənə “oğlum” deyirdi, gedib gəlib əhvalımı soruşurdu. Sonradan nə baş verdisə, mənə qarşı münasibəti dəyişdi. “Antalyaspor”a məğlubiyyətdən sonra avtobusa minib “adam kimi futbol oynayırsan oyna, oynamırsan ... get məmləkətinə, sənin ağzını, burnunu dağıdaram” dedi. Birinci çaşıb qaldım, sonra cavabını verdim, avtobusdakılar araya girdi. Uşaqlar da gördüklərinə, eşitdiklərinə inana bilmirdi. Komanda uduzubsa, hamı günahkardı. Ancaq bu adam çıxış yolunu məni danlamaqda, hədələməkdə görürdü. Ondan sonra mənimlə prinsip aparmağa başladı. Ümit Özat məni əsas komandadan kənarlaşdırandan sonra bazaya girməyimə qadağa qoyuldu. Mənə “bura yalnız bir dəfə girə bilərsən, o da əşyalarını toplamaq üçün” şəklində ismarıc göndərilmişdi. “Elazığspor”un futbolçusu olasan, bazaya girişinə qadağa qoyulsun, bu harda görülüb? Futbolçu cəzalanar da, heyətdən kənarlaşdırılar da. Ancaq bazaya girməsnə qadağa qoyulması... Cavidin necə insan olduğunu komandadakı futbolçular yaxşı bilir. Bu günə kimə heç bir komanda yoldaşımla problemim olmayıb. Hamısına “can” deyib, “can” eşitmişəm. Azərbaycanlı futbolçu kimi hörmətimin saxlanılmasına çalışmışam. Sabah istənilən futbolçuya zəng vurub haqqımda maraqlanın, görün nə deyəcəklər.
- Başqan mövsümün sonuna qədər sənə ödənilməli olan maaşı verdiklərini dilə gətirib. Düz deyir?
- Bəli, ödənilib. Onda niyə Cavidin elədiyi yaxşılığı demir? İllik qazancımın 50 min dollarını onlar üçün keçdim. Təcili pul lazım idi, nəzərdə tutulan məbləğin bir qismini aldım, yerdə qalan 50 minini istəmədim. Dedim halal xoşunuz olsun. Danışanda bunu niyə söyləmir?
- Düşünmürsən ki, Bakıya qayıtmaqla bir qədər tələsdin?
- Guya orda qalsaydım nə dəyişəcəkdi? Əsas komandadan qovulmuşdum, bazaya girişimə qadağa qoyulmuşdu. Belədə qalmağımın mənası yox idi. Ümit Özatın istefasından sonra geri dönməklə bağlı prezidentə müraciət etdim. Dedi “gəlmə, lazım deyilsən”. Problem baş məşqçi ilə bağlı olsaydı, qayıtmağıma razılıq verərdi. Deməli, ordan uzaqlaşmağım özlərinə sərf edirmiş. O şəraiti də komadanı tərk etməyim üçün bilərəkdən yaradıblar. Allah böyükdü, inşallah, haqq-ədalət yerini tapar. Sonda onu deyim ki, həm başqanın, həm klubda çalışanların, hətta Ümit Özatın da üstümdə haqqı var. Ancaq adıma ləkə yaxılması düzgün deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
22.09.2026
21.09.2026
20.09.2026
























