10 Iyun 2026, Çərşənbə
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu

Ölkə futbolu

“Mükafatlar uğrunda sonadək mübarizə aparacağıq”

 “Qəbələ” Azərbaycan Premyer Liqasının XXXI turunun aprelin 25-də keçiriləcək oyununda “Xəzər Lənkəran”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 7 çempionat oyununda qalib gələn “qırmızı-qaralar”ın təcrübəli müdafiəçisi Rafael Santos səfərdə baş tutacaq matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Bu matça bütün oyunlara olduğu ruhda hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq. Biz seriya haqda fikirləşmirik. Vacib olan qələbə qazanıb, 3 xalımızı əldə etməkdir. Bütün fikrimizi oyunlarımıza və qələbə qazanmağımıza yönəldirik. Biz mükafatlar uğrunda sonadək mübarizə aparacağıq. Medalçılar sırasına düşmək şanslarımız var. İstəyimizə çatmaq üçün əzmkarlıqla mübarizə aparmalıyıq”.

Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30