Ölkə futbolu
Azərbaycan Kubokunda 4-cü dəfə
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunları final matçında üz-üzə gələcək komandaların adlarına aydınlıq gətirib. Futbolxeber.az-ın məlumatına görə, fəxri mükafat uğrunda qarşılaşmada Ağdamın “Qarabağ” və Bakının “Neftçi” klubları görüşəcək. “Qarabağ” səfərdə “Simurq”la qolsuz heç-heçə etsə də, ilk oyundakı 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Neftçi” səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, ilk matçdakı 2:0 hesablı qələbə hesabına mərhələ adlayıb.
Ardıcıl “4”lə gələn “9”
Son 3 mövsümdə də finala yüksələn paytaxt təmsilçisi Azərbaycan Kuboku tarixində ardıcıl 4 dəfə finalda oynayan ilk klub olub. Ümumilikdə 9-cu dəfə həlledici oyunda meydana çıxacaq bakılılar bu göstəricidə də rekordunu yeniləyib. “Neftçi” 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku qazanıb, 2000/01, 2011/12 mövsümlərində isə həlledici görüşdə məğlub olub.
Sonuncu dəfə 2008/09 mövsümündə finalda iştirak edən “Qarabağ” 6 ildən və ya 5 mövsümlük fasilədən sonra eyni uğuru təkrarlayıb. Bu, ağdamlıların 7-ci finalıdır. 1993, 2005/06 və 2008/09 mövsümlərində titula yiyələnən Ağdam təmsilçisi 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda məğlub olub.
4-cü dəfə
“Neftçi” ilə “Qarabağ” 19 il əvvəl də finalda üz-üzə gəlib. 1995/96 mövsümündə Yunis Hüseynovun 2, Vidadi Rzayevin 1 qol vurması bakılılara böyükhesablı qələbə qazandırmışdı - 3:0. Həmin matçda finallar tarixində yeganə böyükhesablı nəticə qeydə alınmışdı.
Bunadək ölkə kuboku tarixində 3 dəfə eyni final təkrarlanmışdı. “Kəpəz” “Qarabağ”a həm 1997/98, həm də 1999/2000 mövsümündəki oyunlarda qalib gəlib - müvafiq olaraq 2:0 və 2:1. “Neftçi” - “Şəmkir” cütü də 2 finalda yaşanıb. 1998/99 mövsümündə 0:0 bitən matçın penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn “ağ-qaralar” 2003/04 mövsümündə əlavə vaxtda kuboka sahib çıxıb - 1:0. “Xəzər Lənkəran” da “İnter”lə hər iki final oyununda qalib gəlib. 2007/08 mövsümündə əlavə vaxtda (2:0), 2010/11 mövsümündə penaltilər seriyasında (1:1, pen. 4:2) qalib gəlib. Maraqlıdır ki, indiyədək heç vaxt finalda uduzan komanda sonradan əvəzini çıxa bilməyib. “Neftçi” kuboku qazansa, bu ənənəni davam etdirəcək, “Qarabağ”sa qələbəylə ilkə imza atacaq.
3-cü baş məşqçi
19 il əvvəlki finalda “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsində futbolçu kimi pay sahibi olan Arif Əsədov bu dəfə baş məşqçi kimi eyni rəqiblə üz-üzə gələcək. O, Yunis Hüseynov və Qurban Qurbanovdan sonra həm futbolçu, həm baş məşqçi kimi final həyəcanı yaşayan 3-cü mütəxəssis olacaq. Yenidən “Qarabağ”la həlledici matçın iştirakçısı olacaq Qurbanov hər iki “amplua”da kuboka yiyələnibsə, Hüseynov məşqçi kimi finalda büdrəyib.
pfl.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























