Ölkə futbolu
Ramin Musayev: “Futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq”
Bu gün “Hilton” otelində Avropa Peşəkar Futbol Liqaları Birliyi (EPFL), Avropa Klublar Birliyi (ECA), Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasının ECA təşkilatına üzv olan 4 klubu - “Neftçi”, “Xəzər Lənkəran”, AZAL və “Bakı” klublarının nümayəndələrinin iştirakı ilə geniştərkibli toplantı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iki mərhələdən ibarət olan toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.
R. Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub:
“Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Həmin proqrama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Etiraf edim ki, biz futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq. Bu mənada, biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq.
Əlavə edim ki, Peşəkar Futbol Liqası 2008-ci ildə yaradılıb və keçən müddət ərzində inkişafa nail olmuşuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.
Öz növbəsində çıxış edən Jair Emanuel Bertoni Azərbaycanda olduğundan fəxr hissi duyduğunu ifadə edərək, ilk dəfə olduğu Bakını bəyəndiyini vurğulayıb. Səlahiyyətli şəxs bildirib ki, Peşəkar Futbol Liqasının gördüyü işlərdən xəbərdardır. J.E. Bertoni Avropa Peşəkar Futbol Liqaları Birliyinə daxil olan 31 qurum arasında münasibətlərin qurulmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nahar fasiləsindən sonra isə tədbirə Avropa Klublar Birliyinin nümayəndəsi Vouter Lambrext və yuxarıda adları qeyd olunan klubların nümayəndələri qatılıblar. Tədbirdə “Neftçi” icraçı direktor Elnur Məmmədov, “Xəzər Lənkəran” menecer Elvin İsmixanov, “Bakı” prezident müşaviri Nəriman Mehdiyev, AZAL isə vitse-prezident Fikrət Hüseynovla təmsil olunub. Tədbirin ikinci hissəsində isə daha çox klub-futbolçu münasibətlərindən danışılıb və problemlərin həlli yolları göstərilib.
Tədbirin sonunda Ramin Musayev qonaqlara xüsusi hədiyyələr təqdim edib və onları Azərbaycan Kubokunun finalına dəvət edib.
pfl.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
24.09.2026
23.09.2026
























