2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Qəbələ” AZAL-la oyunun hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasının XXVII turunda istirahət edən “Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, martın 28-də əvəzedici komanda ilə yoxlama oyunu keçirib, 7:2 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri artıq 2 gündür XXVIII turun AZAL-la görüşünün hazırlıqlarına başlayıb. Yoxlama matçının ertəsi məşq edib, ardınca bir günlük istirahət edən komanda çalışmalarını Qəbələdə davam etdirir. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar”ın məşqlərində yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılır. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.

Növbəti iki gündə də doğma məkanda məşq edəcək “Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq. XXVIII tur çərçivəsində AZAL-la səfər görüşündən bir gün əvvəl komanda paytaxtda məşqə çıxacaq. Oyunöncəsi son məşq qarşılaşmanın baş tutacağı Şüvəlandakı “AZAL Arena”da baş tutacaq.

Qeyd edək ki, AZAL - “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31