12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Cahangir Hacıyevə hər zaman mənə güvəndi”

"Azərbaycanda çalışdığım illər ərzində bu ölkənin futbolunda ciddi dəyişikliklər oldu. Ölkəyə əcnəbi futbolçuların gəlməsi yerli oyunçuların inkişafına müsbət təsir göstərdi". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "İnter"in və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan futbolunun inkişafından və "İnter"dəki fəaliyyətindən danışıb: "Son illərdə Azərbaycanın iki klubunun Avropa Liqasının qrup mərhələsində oynaması inkişafdan xəbər verir. Lakin bu tərəqqi milli komandada müşahidə olunmur. Bununla belə, Azərbaycan yığmasına böyük ümidlərlə yeni baş məşqçi gətirilir. "İnter"dəki fəaliyyətimə gəlincə bu klubda mənə tam azadlıq verildi. Sərbəst çalışmaq imkanı yaradıldığı üçün klubun sahibi Cahangir Hacıyevə təşəkkür edirəm. O, hər zaman mənə güvəndi. "İnter"də işləmək mənə çox rahatdır. Bəzi səhvlərə yol verməyimə baxmayaraq "İnter"dəki karyeramın uğurlu alındığını deyə bilərəm. İndi isə yeni macəraya ehtiyacım var".

 


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30