Ölkə futbolu
Tuyqun Nadirov: “Lazım gəlsə, bütün klublar teleyayımdan imtina edəcək”
Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Futbolxeber.az saytına müsahibə verib.
- Klublar Komitəsinin dördüncü iclası baş tutdu. Toplantıda hansı qərarlar qəbul edild?
- İlk növbədə AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayevə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib, iclasda iştirak etdilər. Bir çox məsələlər məhz onların iştirakı ilə müzakirə olunmalı idi. gənc futbolçuların maaşları ilə bağlı limit məsələsi müzakirə olundu. Qərara aldıq ki, Premyer Liqada 21 və 23 yaşlı futbolçuların maaşlarına limit tətbiq edək. 21 yaşa kimi futbolçular ildə maksimim 30-35 min qazanacaqlar. Fərq ondadır ki, əyalətdə çıxış edənlər 35, paytaxt klubunda oynayanlar isə 30 min illik maaş ala bilərlər. 23 yaşlılar isə bu rəqəm bölgələrdə 60-a, paytaxt klublarında isə 50-yə bərabər olacaq. Təbii ki, bu, bir təklifdir. Bu məsələ İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və müsbət qarşılansa, növbəti mövsümdən qüvvəyə minəcək. 23 yaşından sonra kim istəsə gənclərə 500 min, lap 1 milyon da verə bilər. Məncə, təklif etdiyimiz rəqəm normal məbləğdi. Əyalət komandalarının şəraiti, məsafəsi nəzərə alındığı üçün orda oynayanlara daha çox məvacib nəzərdə tutulub. Növbəti iclasda klubların yetişdirdikləri futbolçulara görə alacaqları məbləğ müzakirə olunacaq. Hər hansı bir klub digər klubun akademiyasında yetişən futbolçunu almaq istəyirsə, müəyyən məbləğ ödəməlidi. Məbləğin 40-50 və ya 100 min olacağı növbəti iclasda müzakirə olunacaq.
- Yayım məsələsi ilə bağlı hansı müzakirələr aparıldı?
- Sevindirici haldır ki, Ramin Musayev də əminliklə bildirdi ki, qəbul olunacaq istənilən qərarda klubların arxasındadı. Lazım gəlsə, bütün klublar ümumiyyətlə yayımdan imtina edəcəklər. Nəyə görə klublar öz məhsullarını havayı verməlidirlər? Ya televiziya kanalları klublara pul ödəməyə başlamalıdılar, ya da klublar yayımı dayandıracaqlar. Amma bu o demək deyil ki, futbolumuz yayımsız qalacaq. Növbəti iclaslarda biz yekun fikrimizi Topaza da deyəcəyik. Artıq şərtləri klublar diqtə edəcək. lub öz məhsulunu hansı qiymətə istəyəcəksə, o qiymətə də satacaq. Qiyməti biz özümüz müəyyənləşdirəcəyik.
- Necə düşünürsüz, 21 və 23 yaşlı futbolçular təklif etdiyiniz məbləğə oynamağa razılaşacaqlar?
- Elə klublar var ki, hazırda gənclərə daha az pul ödəyirlər. Elə futbolçu var ki, 1000 manat maaş alr. Həmin futbolçu gedib xarici klublarda külli miqdarda pul da ala bilər. "Xəzər Lənkəran"dan götürək. Bizdə 20 yaşında hansı futbolçunun aylıq gəliri 30-35 mindən çox olur? Yaxşı oynadığına görə, klub futbolçuya mükafat da verir. Bunu başa düşmək lazımdır ki, söhbət futbolçunun rifahını aşağı salmaqdan yox, peşəkarlıqdan gedir. Klublar var ki, 23 yaşında oyunçuya Avropada çempionluğa oynayan klubların verdiyi pulu ödəyirlər.
- Son zamanlar “Xəzər Lənkəran”da maliyyə problemləri olduğu deyilir. Düşünmək olar ki, bu qərar sizin klubunuzun xeyrinədir?
- Birincisi, “Xəzər Lənkəran”da heç bir maliyyə problemi yoxdur. “Xəzər Lənkəran” Azərbaycanda yeganə klubdur ki, futbolçunun maaşını vaxtından əvvəl ödəyir. Digər tərəfdən də bu qərar "Xəzər Lənkəran"ın yox, bütün klubların istəyindən irəli gələn qərardı. Hamı qərarın lehinə səs verdi.
- Gəncləşmiş “Xəzər Lənkəran”ın geridə qalan oyunları sizi qane edir?
- Son oyunlar göstərdi ki, "Xəzər Lənkəran"ın düz yoldadır. Yenə deyirəm, bu təklif "Xəzər Lənkəran"dan yox, klublardan və federasiyadan gəlib. Gənc futbolçularımızın peşəkarlaşmasını istəyirik. Şəxsən mən bizimkilərin xarici çempionatlarda oynamasına çox sevinərəm.
- İclasda başqa hansı məsələ müzakirəyə çıxarıdı?
- Digər məsələ odur ki, bu gün klublar müxtəlif əcnəbi şirkətlərin xidmətindən istifadə edirlər. Bu şirkətlər hər klubdan ayrılıda pul alırlar. Tutaq ki, hansısa xidmətin qarşılığında hər klub xarici şirkətə 5 min ödəyir. 9 klub var və bu edir 45 min. Amma hansısa bir klub hamının adından həmin şirkətlə danışsa, bu zaman iş 20 minə başa gələr ki, bu da bütün klublara sərf edən variantdı.
- Klublar Komitəsnin gənc futbolçuların maaşla qoyduğu limiti hansısa klubun pozduğu aşkarlansa, hansı addımlar atılacaq?
- Razılığa əməl olunmayacağı halda, həmin futbolçu cəzalanacaq. Klub özü də birinci diviziona göndərilə bilər. İnanın mənə, heç bir klub özü razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırmaz. Biz ikinci iclasdan sonra "Bakı" klubu ilə bağlı qərar qəbul etdik. Gördünüz, bütün klublar ona əməl etdilər. "Xəzər Lənkəran"ın akademiyasından çıxan neçə oyunçu olub ki, onların valideynlərini şirnikləndiriblər. Nəticədə həmin uşaqlar başqa kluba keçiblər, amma orda oynaya bilməyərək, geri qayıdıblar. Səhvlərini boyunlarına alaraq, üzr istəyiblər. İnanın mənə, belə hallar olub. Hətta bəzən məşqçilərimiz xarakter göstərərək, onları geri götürməyiblər. Amma futbol naminə biz onları geri götürmüşük.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























