Ölkə futbolu
Bernhard Lippert: “Emil Balayev cilalanmamış briliantdı” (Müsahibə)
AFFA-nın texniki direktoru, U-21-in sabiq baş məşqçisi Bernhard Lippert Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.
- Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə milli komandamızın son 2 oyununa canlı olaraq tamaşa etdiniz. Komandanın çıxışı haqda nə deyə bilərsiniz?
- İlk 2 oyuna baxmamışam. Amma eşitdiyimə görə, həmin matçlarda komandamız çox yaxşı oyun sərgiləyib. Həm oyun gözəl olub, həm də nəticə. Baxdığım ilk matçda komandamız yaxşı oynadı. Futbolçular ürəkdən vuruşdular. Lakin baş işlətmədilər. Sankt-Peterburq bizdən heç də üstün deyildi. O ki qaldı Koreya Respubliksı ilə matça, bu dəfə yaxşı oynaya bilmədik. Ehtiyat oyunçular skamyasında oyunun taleyini dəyişə biləcək futbolçunun yoxluğu özünü biruzə verdi. Komandanın yoröun olduğu görünürdü. Dünyanın heç bir ölkəsində ardıcıl 2 gün 90 dəqiqə oynamırlar. Məni narahat edən əsas məqam odur ki, komanda erkən qol buraxır. Son 3 oyunda bu hal müşahidə olunur.
- Əksər gənc azərbaycanlı futbolçuların 2 başlıca problemi var: birincisi, tez arxayınlaşırlar, 1-2 qələbədən sonra özlərinə çox güvənirlər. Digər tərəfdən də hələ də bəziləri futbolun komanda oyunu olduğunu anlamırlar. Bu problemləri necə həll etmək olar?
- Fikrinizlə tam razı deyiləm. Bəli, keçmişdə belə hallar çox müşahidə olunurdu. Amma indi vəziyyət yaxşıya doğru dəyişib. Elə bunun nəticəsidir ki, son zamanlar U-17, U-19 uğurlu nəticələr qazanır. İlk 2 oyuna görə komandada özündənrazılıq olduğunu demək düzgün çıxmaz. Komandanın qapısında erkən qol buraxması vəziyyəti gərginləşdirir. Bundan sonra da bəzi futbolçular vəziyyəti dəyişmək üçün fərdi oyuna üstünlük verirlər. Problem komandanın qapısında erkən qol görməsindən sonra başlayır. Digər tərəfdən də bu yarışda bizim milli də daxil olmaqla, əksər komandalarda lider yoxdur. Komandaya əsl lider lazımdı, hansı ki təzyiq altında özünü itirməsin.
- Bayaqkı sual tək U-19-a yox, ümumiyyətlə gənc futbolçulara aid idi...
- Bu, mentalitetdən irəli gəlir. 7 ildir buradayam və çox şey görmüşəm. Razıyam, belə probem yaşanır. Gənc futbolçular bir az məşhurlaşan kimi özlərini digər oyunçulardan üstün sayırlar. Özündənrazılıq olur. Bu, həm mentalitet, həm də təhsillə bağlıdır.
- U-19-un hazırki heyətində bu gün U-21 və ya əsas millidə oynaya biləcək futbolçular var?
- İndi elə bir futbolçu yoxdur. Amma 3-4 nəfər var ki, gələcəkdə əsas millidə oynaya bilərlər. İstedadlı futbolçular çoxdur. Elələri də var ki, parlaq gələcək vəd etməsinə baxmayaraq, gözdən tez itirlər. İstedad və bacarıqla yanaşı gərək, şəxsiyyət də olasan. Bir az pul görən kimi özünü itirmək olmaz. Bu günə kimi U-19-da rəhbərliyim altında oynayan futbolçulardan yalnız birinin yüksək səviyyəli futbolçu olacağına əmin olmuşam. O da Qara Qarayavdir. U-19-da o mənim rəhbərliyim altında çıxış edəndə dayanmadan irəli gedirdi. Pul və şan-şöhrət onu maraqlandırmırdı.
- U-21-dəki xələfiniz artıq bəllidir. Yaşar Vahabzadənin təyinat haqda hansı fikirdəsiniz?
- 6 il onunla biryerdə işləmişik. Yaşarı çox yaxşı tanıyıram. Peşəkarlığına bələdəm. Mən də elə yerimə onu məsləhət görmüşdüm. Həm də son zamanlar çoxları U-21-ə yerli baş məşqçinin təyinat almasının tərəfdarı idi. Mən də belə düşünürəm. Çünki biz Azərbaycanda əbədi deyilik. Gün gələcək biz də gedəcəyik. Düzgün addımdı.
- Yaşar Vahabzadə üçün hansı amillər rahat, hansılar çətin olacaq?
- Çətinlik odur ki, artıq baş məşqçidir və tam cavabdehlik, məsuliyyət onun boynundadır. Son cavabı özü deyəcək. Rahat isə odur ki, futbolçuları tanıyır. Daha əvvəl aşağı yaş qruplarında baş məşqçi kimi çalışıb. Futbolçu və məşqçi kimi kifayət qədər təcrübəsi var.
- Bir müddət əvvəl Emil Balayev “Ayntraxt”a transfer oldu. Siz Bundesliqaya daha yaxşı bələdsiniz. Emilin də nəyə qadir olduğunu bilirsiz. Sizcə, bugünkü gündə Balayevin Bundesliqada əsas qapıçı kimi forma geyməsi mümkündür?
- Emil hazırda cilalanmamış briliantdı. Əlinə gözəl imkan düşüb və bu şansdan yaranmalıdır. Düzünü deyim ki, bu gün Emil Bundesliqada oynamağa hazır deyil. Əsas qapıçı zədələnə və ya cəzalana bilsə, Emil ilk “11-lik”də yer ala bilər. Ümumi götürsək, Emilə 2-3 il vaxt lazımdı. Hər şey öz əlindədir.
- Azərbaycan Premyer Liqasındakı legioner limitinə münasibətiniz necədir? İndiki varinatı ideal saymaq olar?
- İndiki sistemlə tam razıyam. Lakin bəyənmədiyim məqam odur ki, gənclərə az şans verilir. Bu gün aşağı yaş qrupu üzrə çempionatlar keçirilir. Bu, AFFA tərəfindən düzgün verilmiş qərardır. Həmin yarışlardan xeyli sayda futbolçu tapıb, üzə çıxarırıq. Amma Premyer Liqa klublarında gənclərin hamısı şans tapa bilmir. Məsələn, Mahir Mədətov “Bakı”da, Elnur Cəfərov “Xəzər Lənkəran”ın heyətində az oynayır. Bu səbəbdəndir ki, yarışda 2-3 oyundan sonra onlarda artıq yorğunçuluq olur. Halbuki Premyer Liqada daha çox oynamaq şansları olsaydı, vəziyyət fərqli olardı. Daha təcrübəli olardılar. Pul və legionerlər hər şeyi həll etmir. İngiltərəyə fikir verin. Premyer Liqada böyük pullar dövr edir, əcnəbilərin sayı kifayət qədərdir. Amma İngiltərə millisi uğur qazana bilmir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
12.11.2026
11.11.2026
10.11.2026
























