Ölkə futbolu
Qurban Qurbanov: “Yekun qərar qəbul olunana qədər az da olsa, inam qalır”
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda “İnter”lə keçirilən oyundan (0:0) sonra komandada əhval-ruhiyyə necədir?
- Düşünürəm ki, bunlar bizə mane olmamalıdır. Həddindən artıq bu məsələnin üzərində dayansaq, bizə mane ola bilər. Amma nə etsək də, o fikirlər hələ də var. Düşünürəm ki, hər bir işdə xeyir var. Qismətimizdə olsaydı, qol sayılardı və biz qrupdan çıxardıq. Amma bu bizə qələbədən çox, böyük təcrübə verdi. Belə hallar futbolda ola bilər və Azərbaycan xalqı da bununla qarşılaşdı. Bu epizoda düzgün yanaşa bilsək, biz qarşıda yaxşı nəticələr əldə edə bilərik. Bundan sonra daha da soyuqqanlı olub, belə şeylərə hazır olmalıyıq. Çünki belə epizod oyunun sonunda yox, ortalarında da ola bilərdi. Belədə biz soyuqqanlı davranmasaq, oyunu davam etdirə bilmərik. Qarşıda belə hallar təkrarlansa da, futbolçular bunu qəbul edib oyuna köklənməlidirlər.
- Premyer Liqanın son turunda “Xəzər Lənkaran” üzərində səfər qələbəsindən (3:2) sonra komandanın özünə gəldiyini söyləmək olar?
- Avropa Liqası ilə milli çempionat ayrı-ayrı turnirlərdir. İstər-istəməz avroliqaya başqa, ölkə çempionatının oyunlarına ayrı cür motivasiya olursan. Bu gün desəm ki, bu qələbə ilə stresi atdıq, yalan olar. Hər bir komandanın istənilən rəqiblə mübarizə aparmağa gücü çatır. Deyə bilmərəm ki, bu qələbə ilə bizim problemlərimiz həll olundu. Sadəcə “Xəzər Lənkaran”la oyun çempionatın vacib oyunu idi. Vacib 3 xalı qazandığımız üçün çox sevinirəm. Qarşıdan gələn “Sumqayıt”la oyuna da yaxşı hazırlaşıb, qalib gəlməliyik.
- Siz “İnter”lə Avropa Liqasının qrup mərhələsindəki oyunun nəticəsinin xeyrinizə dəyişəcəyinə ümid etmədiyinizi söylədiniz. Bəs, futbolçular necə, onlar da ümidini itirib?
- Yekun qərar qəbul olunana qədər az da olsa, inam qalır. Amma ümumi futbol praktikasına baxsaq, belə bir hal olmayıb. Ola bilər ki, hansısa dəyişiklik olsun. Bununla belə, nəticənin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq məncə, bu klubumuzun və Azərbaycan futbolunun xeyrinə olacaq. Çünki Avropada bizim futbolun adı hallanacaq. Bu da bizim futbolun tanınmasına şərait yaradacaq.
- Sizcə, “Qarabağ” “İnter”i Bakıda məğlub etsəydi, bu qədər tanınardı?
- Tanına bilərdik, amma bəlkə də bu qədər müzakirə mövzusu olmayacaqdıq. Ona görə düşünürəm ki, hər bir işdə xeyir var. Nə qədər üzücü də olsa, biz məsələyə düzgün yanaşmalıyıq.
- Bütün azarkeşlər “Qarabağ”ı qalib komanda kimi qarşıladı...
- Biz o insanlara təşəkkür edirik. Baxmayaraq ki, qrup səddini aşa bilmədik, amma bizi qalib kimi qiymətləndirirlər. Bu bizim məsuliyyətimizi artırır. İşimizi daha da yaxşılaşdırmalıyıq ki, gələcəkdə bizə olan ümidləri doğruldaq və insanları qələbələrimizlə sevindirək.
- Qış fasiləsi yaxınlaşmaq üzrədir. Komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?
- Yox, açığı gedəcək futbolçular hələki yoxdur. Problem orasındadır ki, istədiyimiz futbolçuları komandaya dəvət edə bilmirik. Çünki mövsümün ortasında futbolçu əldə etmək bir qədər çətindir. Ona görə də komandadan kiminsə getməsi gözlənilmir.
- İnnosent Emeqara yenidən komandaya qayıdacaqmı?
- Emeqaranın vəziyyəti yaxşı deyil. Ailəsində ciddi problemlər var. Gəlməmək ehtimalı daha çoxdur. Özü mesajda yazıb ki, ailə problemlərimlə bağlı gələ bilməyəcəm. Biz də onu başa düşürük. ”Qəbələ”ilə oyundan əvvəl bütün gecəni yatmamışdı anasının vəziyyəti ağır idi. Ona görə hələ ki, onun ümumiyyətlə “Qarabağ”a dönmək ehtimalı çox azdır.
- Emeqaranın əvəzinə yeni futbolçu transfer olunacaq?
- Biz daima axtarışdayıq. Nəinki Emeqaranın getməsi ilə əlaqədar hücum xəttində, hətta bir mövqedə üç oyunçu varsa belə, bəyəndiyimiz futbolçunu komandamıza dəvət etməyə çalışırıq. Bir-iki futbolçu yenə də dəvət etmək istəyirik. Amma nə dərəcədə alınacaq bunu deyə bilmərəm.
- Danilo Dias artıq tam hazırdırmı? Qarşıdakı oyunlarda onu əsas heyətdə görə biləcəyikmi?
- Əlbəttə ki, fiziki və oyun praktikası baxımından tam hazır deyil. Çünki uzun müddətdir meydana çıxmır. 90 dəqiqə oynamağa gücü də çatmaz. Amma ola bilər ki, daha çox meydanda olsun.
- Digər zədəli futbolçuların durumu necədir?
- Çumbinyonun mart ayında zədəsi sağalacaq. Amma biz zədəli futbolçuların daha yaxşı sağaldıqdan sonra meydana çıxmasının tərəfdarıyıq.
- Mövsümün sonunda komandanın braziliyalı legionerlərinə yaxşı təklif gəlsə, onların gedişinə icazə verəcəksiniz?
- Baxır təklif hansı klubdan gələcək. Təklifdən asılı olmayaraq biz futbolçunun karyerasını da düşünməliyik. Karyerasına uyğun olmayan klubdan təklif gələrsə, həmin futbolçuya getməməyi məsləhət görəcəyik. Çox futbolçular olub ki, klubunu dəyişdikdən sonra demək olar ki, karyerası sona çatıb. Çünki özünə uyğun olmayan klubla müqavilə bağlayıb.
- Komanda qış təlim-məşq toplanışı üçün yenə Türkiyəyə yollanacaq. Antalyada keçirəcəyiniz yoxlama görüşlərində əsasən hansı komandalara üstünlük verəcəksiz?
- Çalışacağıq ki, bir-iki güclü rəqiblə qarşılaşaq. Çünki avrokubok oyunlarından öncə tam fərqli hazırlıq keçdik. Həmin vaxt çalışdıq ki, bütün rəqiblərimiz güclü olsun. Amma bu dəfə bir qədər fərqli olacağına çalışacağıq. Əsasən də toplanışın əvvəlində bir az zəif rəqiblə oyuna üstünlük verəcəyik ki, futbolçular yaxşı hazırlaşa bilsinlər.
- Bolqarıstanın "Çerno More" klubu ilə yoldaşlıq görüşü keçirəcəyinizlə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Belə bir fikrimiz yoxdur. Bu, sadəcə firmaların klublara təklifləridir. Antalyaya getməmişdən öncə firmalar klublara təkliflər edir ki, bu klublarla oynaya bilərsiz. Ona görə də mətbuatda elə xəbərlər yayılır. Bizə də belə təkliflər olub.
- Sizə hansı klubları təklif etdilər?
- Təklif olunan komandalar sırasında Bosniya və Hersoqovina, Çexiya, Rusiya klubları var. Ümumiyyətlə Antalyada olacaq klubların böyük əksəriyyəti bizə təklif olunub.
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
08.10.2026
07.10.2026
06.10.2026
























