7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?
Millimiz Litvanı tək qolla məğlub etdi

Ölkə futbolu

“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək “Neftçi” - “Sabah” oyununa böyük maraq var.

Futbolxeber.az saytının məlumatına görə, artıq qarşılaşmaya 4 minə yaxın bilet satılıb. Görüşün hələ iki gün sonra keçirəcəyini nəzərə alsaq, bu rəqəmin daha da artacağı şübhə doğurmur.

Xatırladaq ki, qiyməti 2, 3, 15, 20 manat olan biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək mümkündür.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, oktyabr 9-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşma 19:30-da start götürəcək.

6 turdan sonra “Neftçi” 15 xalla Azərbaycan Premyer Liqasının lideri, eyni xala malik “Sabah” isə onun ən yaxın izləyicisidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31