6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Digər idman növləri

5 boksçumuz mərhələ adladı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı qələbə qazanıb.

Nihad Məmmədli (48 kq) 1/16 finalda Lasaro Ernandeslə (İspaniya) döyüşüb. Boksçumuz rəqibinə cəmi 58 saniyəyə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də ikinci görüşündə ilk mərhələdən azad olan Filip Borkovski (Polşa) ilə üz-üzə gələcək.

İsmayıl Nəsirzadə (52 kq) də 1/16 finalda ilk raundda qələbəsini rəsmiləşdirib. Təmsilçimiz İlir Selmanidən (Şimali Makedoniya) güclü olub. Nəsirzadə oktyabrın 7-də 1/8 finalda Vakaris Kiseliunası (Litva) sınağa çəkəcək.

Şükar Əliyev (80 kq) də döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçumuz 1/8 finalda Lazare Dokvadzeyə (Gürcüstan) üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, oktyabrın 8-də növbəti döyüşündə Maksim Rumiantsau (Belarus) ilə münasibətinə aydınlıq gətirəcək.

Mehran Rəsulov (+80 kq) 1/8 finalda Levente Lorantanı (Macarıstan) mübarizədən kənarlaşdırıb. Rəqibini 4:1 (30:27, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən milli üzvü növbəti cəhdində Stefanos Atanasiou (Yunanıstan) ilə qüvvəsini sınayacaq. Döyüş oktyabrın 8-də olacaq.

Səma Abbasova (66 kq) da 1/8 final görüşündən qalib ayrılıb. O, Robin O Reyli (İrlandiya) üzərində 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanıb. Abbasova oktyabrın 7-də Aleksandra Kerdolla (İsrail) gücünü yoxlayacaq.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də yekunlaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31