7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Qəbələ"nin U-17 və U-19 komandaları üçün maarifləndirici seminar keçirilib.

Futbolxeber.az saytının bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir Qəbələ şəhər stadionunda təşkil edilib.

Seminar AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Saxarovun rəhbərliyi altında baş tutub.

Tədbirdə iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı yeniliklər barədə məlumat verilib.

Dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi futbolçuların diqqətinə çatdırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31