22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Digər idman növləri

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış mayın 9-13-də təşkil olunacaq və beynəlxalq federasiyanın rəsmi təqvim planına daxil edilib.

Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri də onun 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunması gözlənilir.

Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Yay Olimpiya Oyunlarına gedən yolda reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkənin idman, turizm və mədəni potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platforma olmaqla yanaşı, son illərdə ölkəmizdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30