Ölkə futbolu
“Neftçi”dən Uşaq Futbol məktəbinə yeni il hədiyyəsi
“Bayıl Arena” da “Neftçi” PFK rəhbərliyinin və klubun uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA icraiyyə komitəsinin qərarı ilə “Neftçi” PFK-nın yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, “Neftçi” PFK-nın Aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər. Görüşdə klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə UEFA tərəfindən “Neftçi” PFK-ya ayrılmış vəsait hesabına alınmış yeni avtobus məşçilərə təqdim edilib. “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, “Neftçi”də aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub. Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl “Everton”un, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”.
“Neftçi” PFK-nın icarçı direktoru Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının öz klubumuzun yetirmələri olduğunu vurğulayıb: “Bu gün əsas komandada oynayan futbolçuların əksəriyyəti sırf “Neftçi” uşaq-futbol məktəbinin yetirmələridir. Gənc oyunçularımız Avropa klubularının diqqətini cəlb edir. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Bunula belə bütün uğurlar məşqçilərin məsuliyyətini daha da artırır”.
Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib: “Neftçi”yə gəldiyim ilk gündən başda klub prezidenti başda olmaqla, rəhbərlik tərəfindən uşaq futboluna xüsusi həssaslıqla yanaşıldığını gördüm. Bu bizim işimizin daha keyfiyyətli alınması üçün önəmli şərtdir. Hər bir böyük klub kubok qazandıqdan sonra onu muzeyə qoyur. O kubok unudulmalı, yeni titul haqda düşünülməlidir. Uşaq futbolunda isə gənc futbolçu əsas komandaya yüksələndən sonra məşqçilər sanki titul qazanmış olur. Geriyə dönüb yeni istedadları yetişdirməlisən. Bizim uğurumuzdur ki, “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı uşaqlar var”.

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
-
18:05
Azərbaycanı Praqada 15 cüdoçu təmsil edəcək
-
17:36
“Neftçi”dən üçüncü transfer
-
17:10
"Fənərbaxça" 18 yaşlı seneqallını transfer etdi
-
16:54
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
-
16:21
“Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
-
15:09
"Zirə"də növbəti ayrılıq
-
14:43
Samuel Lobato: “Arzularımdan biri “Qarabağ”la çempion olmaqdır”
-
14:12
Tahir Abdullayev: “UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”
-
13:37
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi transfer etdi
-
12:55
“Öz ölkəmdə Azərbaycan bayrağını yüksəltmək böyük qürurdur”
-
12:26
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
-
12:00
PFL klublara 3 milyona yaxın ödəniş etdi
-
11:44
"Neftçi"dən ayrılıb sabiq klubuna qayıtdı
-
11:18
Qusarda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
10:51
İngiltərə Qananın müqavimətini qıra bilmədi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Ronaldo dubl etdi, Portuqaliya qalib gəldi VİDEO
-
10:02
“Şahdağ Qusar”dan növbəti transfer
-
09:47
"Qarabağ" Avstriya toplanışına start verib VİDEO
-
19:02
İspaniya klubunda yeni baş məşqçi
-
18:30
Qattuzonun yeni klubu açıqlandı
-
17:49
"Zirə" Tavareş Vieranı transfer etdi
-
17:14
Murad Məmədov: “Atama dedim ki, vaxt gələcək, belə klublarda oynayacağam”
-
16:26
Ayxan Hüseynov rəsmən “Zirə”də
-
15:57
"Təhlükəsiz idman - hamı üçün" seminarı təşkil ediləcək
-
15:38
Kannavaro: “Portuqaliyaya qarşı mümkün qədər az səhv etməliyik”
-
15:13
“Kəpəz”də yeni baş məşqçi
-
15:00
"Xankəndi" üç futbolçu ilə vidalaşdı
-
14:41
"Turan Tovuz" Ayxan Abbasovun gedişini açıqladı
-
14:22
Eltun Yaqublu "Zirə"yə qayıtdı
-
14:05
“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi
-
13:49
“Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
13:33
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
-
13:17
“Zirə”nin rəqibi yenə qələbəyə həsrət qaldı
-
12:56
DÇ-2026 ilə erkən vidalaşan dördüncü komanda
-
12:28
"Gəncə" əcnəbi məşqçi ilə vidalaşdı
-
12:00
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
-
11:42
Millimizin üzvü “Turan Tovuz”u “Zirə”yə dəyişdi
-
11:14
DÇ-2026: 6 komanda pley-offa vəsiqə qazanıb
-
10:51
Norveç - Seneqal matçında 5 qol VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
Fransa millisindən ardıcıl ikinci qələbə VİDEO
-
10:05
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu müəyyənləşdi
-
09:47
Argentinanın qələbəsi VİDEO
-
22:03
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
-
21:36
"İmişli" yeni hücumçu transfer etdi
-
21:14
“Zirə”nin “Torpedo” ilə oyunlarının vaxtı bilindi
-
20:47
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı açıqlandı
-
18:20
“Bakıdakı döyüşdə rəqibimin üzərindən tank kimi keçməyə hazıram”
-
17:58
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
24.06.2026
23.06.2026
22.06.2026

















.jpg)


.jpg)


