9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

“Neftçi” AZAL-ı darmadağın edəndə, Arif Əsədovu qınayan yox idi”

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov azarkeşlərin komandanın baş məşqçisi Arif Əsədovu istefaya səsləməsinə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədov Azerisport.az saytına açıqlamasında bunları söyləyib: "Məşqçiyə bir oyuna görə qiymət vermək düzgün deyil. Bəli, təəssüf ki, 1:0 hesabıyla öndə olduğumuz oyundan məğlub ayrıldıq. Amma baxın görün neçə futbolçumuz heyətdə yox idi. Buna görə Əsədov da eksperimentlər etmək məcburiyyətində qalmışdı. Komandanın ikinci hissədə müdafiə futbolu oynadığı barədə fikirlərlə də razı deyiləm. AZAL üzərində 4:0 hesablı qələbə qazananda Əsədovu heç kim müdafiə futboluna görə qınamamışdı. Digər tərəfdən, "Qarabağ"la "İnter" öz baş məşqçilərinin rəhbərliyi altında beş ildən çoxdu oynayır. Belə sabitlik oyunçular üçün çox vacibdir. Əsədov isə cəmi bir neçə aydır "Neftçi"yə gəlib və komanda ilə toplanış belə keçməyib. Onun əlində olan indiki heyəti isə əvvəlki məşqçi formalaşdırmışdı. Bruno Bertuççi kimi aparıcı futbolçu komandadan ayrılıb. Əsədov yanvarda toplanış keçirəcək. Onun işinə də məhz yanvardan sonra keçiriləcək oyunlara görə qiymət vermək lazımdır. Transferlər barədə indidən nəsə demək çox tezdir. Rəhman Hacıyevə gəlincə, o, "Neftçi"yə keçməyəcək".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31