Ölkə futbolu
İlham Əliyev: “Bu qələbə bütün dünyanın gözü qarşısında “Qarabağ”ın əlindən alındı”
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
Futbolxeber.az-ın AzərTAC dövlət agentliyinə istinadən yaydığı xəbərə görə, “Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir”, - deyən Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən dövlətimizin başçısı London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğuladı. Qeyd etdi ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.
Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirdi. “Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”, - deyən dövlətimizin başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğuladı. Qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, dövlətimizin başçısının diqqət və qayğısı onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə etdi.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini dedi. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl “Qarabağ” futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə hədiyyələrini təqdim etdi.
Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü dedi. “İdman indi dünyada ictimai fenomendir”, - deyən dövlətimizin başçısı gələn il ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirdi. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu deyən Prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
08.10.2026
07.10.2026
06.10.2026
























