30 May 2025, Cümə
Finalın hakimləri müəyyənləşdi
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu

Ölkə futbolu

Ölkə kubokunu ya “Bakı” qazanacaq, ya da “Qarabağ”!

Azərbaycan kubokunun 1/4 finalında “Bakı” “Qarabağ”la üz-üzə gələcək. Futbolxeber.az-ın araşdırmasına görə, bu komandaların kubokdakı mübarizəsində maraqlı məqam diqqət çəkir. Belə ki, paytaxt klubu “Bakı” adı ilə mübarizəyə başladığı 2004/2005 mövsümündən etibarən bu 2 komanda kubokda üz-üzə gəldiyi zaman, sonda turnirin qalibi də məhz bu iki kollektivdən biri olur.

İlk belə hal 2005-2006 mövsümündə yaşanıb. Həmin vaxt “Bakı” və “Qarabağ” 1/4 finalda üz-üzə gəliblər. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qalib gələn “Qarabağ” sonda kuboku başı üzərinə qaldırıb.

2008-2009 mövsümündə “Bakı” və “Qarabağ” yarımfinalda qarşılaşıblar. Hər iki matçda 2:1 hesablı qələbəyə sevinən “Qarabağ” finalda da qalib gəlib.

2011-2012 mövsümündə də tərəflər finalın bir addımlığında qarşılaşıblar. Hər iki komanda səfərdə 1:0 hesablı qələbəyə sevindiyindən qalibi penaltilər seriyası aşkarlayıb. Burada dəqiqə oynayan “Bakı” (5:4) finala vəsiqə qazanıb. Həlledici oyunda “Neftçi”ni 2:0 hesabı ilə üstələyən “Bakı”, tarixində üçüncü dəfə kuboku başı üzərinə qaldırıb. Göründüyü kimi, buna kimi “Qarabağ” və “Bakı” 3 dəfə kubokda qarşılaşıblar və həmin mövsümlərdə kubokunun qalibi bu iki komandadan biri olub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31