28 Iyul 2026, Çərşənbə axşamı
"Qarabağ" azarkeşlərinə şad xəbər
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi

Ölkə futbolu

“Hakim səhvləri “Bakı”nın Azərbaycan futboluna qazandırmaq istədiyi gənclərə zərbədir”

“Bakı” klubu “Qarabağ”la oyunun hakimlərinin idarəçiliyindən narazı qalsa da, AFFA-ya hər hansı bir şikayət etməyəcək. Bu haqda Futbolxeber.az saytına “zolaqlılar”ın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov açıqlama verib: “Hakimlərdən şikayət etməyə ehtiyac görmürük. Onsuz da bunun əhəmiyyəti yoxdur. Bizim üçün əsas olan akademiyadan yetişdirdiyimiz futbolçulardı. Bu baxımdan AFFA və PFL-dən də yeganə istəyimiz var. Qoy, hakimlər idarəçiliklərində diqqətli olsunlar. Biz Azərbaycan futboluna gənc simalar qazandırmağa çalışırıq. Hakimlərin səhv qərarları isə bu futbolçulara zərbədir. Bunu nəzərə alsınlar. Biz çalışmalıyıq ki, gənc futbolçularımız həvəsdən düşməsinlər. Bizim istəyimiz sadədir - fair-play”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31