8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

AFFA: “Ramil Şeydayev yalan danışır”

AFFA artıq bir müddətdir ki, “Zenit”in əsas heyətinə cəlb edilən, son zamanlar isə Rusiyanın U-21 millisinə dəvət alan Ramil Şeydayevi Azərbaycan yığmasına cəlb etmək üçün çalışır. Futbolxeber.az saytına bu haqda AFFA-dan məlumat verilib.

Assoasiya rəsmiləri Şeydayevin yalanını üzə çıxarıblar: “Müəyyən müddətdir ki, Ramil Şeydayevin özü ilə də, atası ilə danışıqlar aparılır. Həm futbolçunun, həm də atasının mövqeyi belədir ki, Ramil Şeydayev nə qədər ki, Rusiyanın yığmasına cəlb edilir, o müddətdə də Azərbaycan millisinin formasını geyməyəcək. Şeydayev yalnız Rusiya millisinə dəvət almadığı halda Azərbaycanın şərəfini qoruya bilər. Futbolçunun bir müddət əvvəl Azərbaycandan heç bir təklif almadığı barədə açıqlaması yalandır. AFFA tərəfi Şeydayev hələ Rusiyanın U-17 millisində forma geydiyi vaxtdan onunla maraqlanır”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30