Ölkə futbolu
Ağasəlim Mircavadov: "Yığmamız 3 oyun ərzində cəmi bir hissə ağıllı, baxımlı futbol nümayiş etdirdi"
19 yaşadək futbolçulardan ibarət yığmamıza dəstək olmaq məqsədilə əməkdar məşqçi Ağasəlim Mircavadov AFFA tərəfindən qrup oyunlarının keçirildiyi Macarıstana ezam edilmişdi. Oyunlar başa çatdıqdan sonra təcrübəli mütəxəssis affa.az saytının suallarını cavablandırıb:
- Turnirlə bağlı sizdə hansı təəssürat formalaşdı?
- Uzun müddət idi bu cür turnirləri izləmirdim. 19 yaşadək futbolçulardan ibarət yığmamızın oyununu ilk dəfə görürdüm. Yığmamız 3 oyun ərzində cəmi bir hissə ağıllı, baxımlı futbol nümayiş etdirdi. O da Sloveniya yığması ilə qarşılaşmanın birinci hissəsində oldu. Bu matçda qələbə qazanmaq çox vacib idi. Çünki digər oyunda artıq elit-raunda vəsiqəni təmin etmiş Slovakiya təşkilatçı Macarıstanı qəbul edirdi. Oyundan əvvəl çoxları slovakların meydan sahiblərinə güzəştə gedəcəklərini düşünürdü. Ancaq Slovakiya fair-play nümayiş etdirdi və əbəs yerə lider olmadığını göstərdi. Müqayisə aparsaq, iştirakçı komandalar arasında Slovakiya yığmasının oyununu daha çox bəyəndim. Bu yığmanın üzvlərinin futbola baxışı, oyun tərzi, meydançadakı iş əmsalı, hücumun istiqamətini bir cinahdan digərinə dəyişməsi yüksək səviyyədə idi. Slovakiya yığmasının heyətində yer alan futbolçulardan 2-3 nəfəri bizim Premyer Liqa klublarında rahat şəkildə oynayacaq gücdədir. Həmin futbolçular İngiltərə, İtaliya kimi ölkələrin klublarının üzvləridir.
- Bəs komandamız niyə 6 hissədən 5-də zəif təsir bağışladı?
- Macarıstan yığması ilə oyundan sonra özüm üçün təhlillər apardım. Həm Slovakiya, həm də Macarıstan komandasına oyun planında uduzduq. Macarıstan yığmasına vurduğumuz qol rəqib qapıçının bizə hədiyyəsi oldu. Məhz bu qol sayəsində ikinci pilləni tutduq. Açığı, bununla bağlı məşqçilərlə də söhbət etdik. Onlar da komandanın bu cür zəif çıxış etməsinə təəccüblənirlər. Çünki U-19 Xorvatiyada, Makedoniyada toplanışda olub, yoxlama oyunları keçirib. Cinahlarımız yalnız Sloveniya yığması ilə matçda öz işinin öhdəsindən gələ bildi. Bunu da cəmi bir hissə izlədik. İkinci hissədə isə erkən qol uşaqlarda təlaş yaratdı, başladılar vaxtı “öldürməyə”. Amma 40 dəqiqə uzun müddətdir və edilən dəyişikliklər müəyyən qədər kömək oldu. Texniki imkanlarına görə futbolçularımız elə də seçilmirlər, amma aralarında “vuruşan”lar var. Onlardan Vadim Ağarəhimovu qeyd edə bilərəm.
- Bəzi futbolçular var ki, haqlarında müsbət fikirlər söylənilirdi. Amma turnir çərçivəsində bunun şahidi olmadıq. Sizcə, niyə?
- Mən də bəzi futbolçular haqda çox eşitmişdim. Onlar klublarında da əsas heyətdə meydana çıxırlar. Bəs niyə zəif oynadıq? Bunu mütləq analiz etmək lazımdır. Bunu da məşqçilər korpusu edəcək. Çünki elit-raundda daha güclü komandalar çıxış edəcək. İstənilən halda, komandamızı təbrik edirəm. Bu uğurun özülünü Mirbağır İsayev qoydu. U-17-nin vəsiqə qazanması U-19 üçün də stimul oldu.
- Elit-raundla bağlı hansısa tövsiyələriniz oldumu?
- Biz elit-raunda çıxışla kifayətlənəcəyiksə, bu, düzgün yanaşma deyil. Bu uşaqlardan çox şey tələb olunmalıdır. Çünki AFFA rəhbərliyi komandaya hər cür şərait yaradıb, onlar il ərzində müxtəlif toplanışlarda olub, yoxlama oyunları keçiriblər. Bununla bağlı onlara məhdudiyyət qoyulmayıb. Bunun müqabilində futbolçularımız da istəniləni verməlidirlər. Elit-raundla bağlı isə güclü təhlil aparılmalı, axtarışlar davam etdirilməlidir. Təbii ki, püşkdən də çox şey asılıdır. Çünki İspaniya, Almaniya, Hollandiya, Belçika, Avstriya, Fransa, İtaliya kimi güclü komandalar qrupumuzda yer ala bilər. Əlbəttə, hazırlıq planı da mütləq olmalıdır.
- Təşkilatçılıqla bağlı nə deyə bilərsiniz?
- Təşkilatçılıq çox zəif idi. Əvvəllər istirahət günlərinin birində komandaları şəhərin və ya ölkənin görməli yerlərinə ekskursiyaya aparırdılar, əgər ölkədə əsas yığmanın oyunu keçirilirsə, ora dəvət edirdilər. Macarıstanda olarkən bunu görmədik. Belə ki, noyabrın 14-də seçmə mərhələnin oyunu çərçivəsində Macarıstanın və Finlandiyanın əsas yığmaları qarşılaşdılar. Biz həmin matçı izləmək istəsək də, təşkilatçılar buna şərait yaratmadılar. Bundan başqa, meydançalar da ideal vəziyyətde deyildi. Düzdür, təbii ot örtüklü idilər, ancaq kələ-kötür yerlər çox, ot seyrək idi. Müqayisə aparsaq, Tofiq Bəhramov adına Respublika stadionunda və ya “Bakcell Arena” vəziyyət bundan daha yaxşıdır. Qəbələdəki stadionlar ideal olduğundan bu haqda geniş danışmaq istəmirəm.
- Uzun fasilədən sonra U-17 və U-19 eyni ildə elit-raunda vəsiqə qazandı...
- Bu, sevindirici haldır. Əsas odur ki, davamlı olsun. Görüləsi işlər isə çoxdur. Futbolçularımız taktiki planda çox zəifdirlər. Bu istiqamətdə çalışmalar həyata keçirilməlidir. Sloveniya ilə qarşılaşmanın birinci hissəsindəki oyunun daimi olmasına çalışmalıyıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
20.09.2026
19.09.2026
18.09.2026
























