9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Neftçi” “Xəzər Lənkəran”ın qarşısına şərt qoydu

“Neftçi” klubu “Xəzər Lənkəran”la oyunun yerinin dəyişdirilməsi ilə qarşı tərəfdən aldığı təklifi cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” “Xəzər Lənkəran” - “Neftçi” matçının “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir. “Neftçi” məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağının və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” PFK XIII turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “Xəzər Lənkəran” klubunun sərəncamına verməyə hazırdır.

 

 


neftchipfk.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31