Ölkə futbolu
Cahangir Həsənzadə: “Xəzər Lənkəran” qış fasiləsinə lider kimi yollana bilər” (Müsahibə)
“Xəzər Lənkəran”ın qapıçısı Cahangir Həsənzadənin müsahibəsi
- Bir müddətdir zədədən əziyyət çəkirsən. Hazırda vəziyyətin necədir?
- Hazırda vəziyyətim çox yaxşıdır. Zədəm bərpa olub. Artıq sağalmaq üzrəyəm. Tezliklə tam gücümlə çalışmalara başlayacağam. Meydandan kənarda qalmaq hər bir futbolçu üçün çətindir. O cümlədən də mənim üçün. İnanıram ki, tezliklə hər şey qaydasna düşəcək.
- Həkimlər nə deyir, nə vaxt meydana çıxa biləcəksən?
- Tezliklə tam gücümlə məşqlərə başlayacağam. Amma yenidən ağrılar hiss edib-etməyəcəyim qeyri-müəyyəndir. Yalnız 1-2 gün məşq etdikdən sonra bu haqda nəsə demək olar. Belə götürəndə, 2 həftə məşqlərdən kənarda qalmışam. Amma həmin müddətdə də müəyyən çalışmalar yerinə yetirirdim.
- Belə fikirlər səslənir ki, yaş ötdükcə futbolçunun zədəsi də gec bərpa olunur. Sənin də yaşın az deyil. Bu baxımdan hər hansı bir çətinlik hiss edirsən?
- Yox, hər hansı bir problem yoxdur. Sadəcə bu, ciddi zədədir, sıradan bir zədə deyil. Hər zədənin bərpa dövrü var. Düzdür, sözlərində həqiqətən var. Sən dediyin kimi hallar hansısa futbolçularda olur. Amma zədədən zədəyə də fərq var. Ümumiyyətlə, hər hansı bir zədə alarkən onun bərpa dövrü olur. Yəni, “mənim aldığım zədənin bərpa müddəti 5 gün idi, amma 25 günə bərpa olundu” demək düzgün deyil. Bizim komandada elə cavanlar var ki, 3 aydır meydana çıxa bilmirlər. Aldığım zədə düşündüyümüzdən də ciddi olduğuna görə geridə qalan müddətdə tam bərpa olmamışam. Özüm də çalışıram ki, zədəmi tam bərpa edim və yalnız bundan sonra meydana çıxım. Yarımçıq vəziyyətdə geri dönmək istəmirəm.
- Çempionatda geridə qalan 11 turu “Xəzər Lənkəran” üçün necə dəyərləndirirsən?
- Mövsümün əvvəlində qeyri-stabil oyunla seçildik. Elə qarşılaşma oldu ki, məğlub olduq, elə də oldu çətin oyunlardan üzüağ çıxdıq. Lakin indiki məqamda komanda oyununu tapıb. Son matçlarda lazım olan nəticəni qazanırıq. Növbəti oyunlarda da uğurla çıxış edəcəyimizə inanıram. Komandanın qarşısına ciddi hədəflər qoyulub və bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.
- “Xəzər Lənkəran” son 4 turda 10 xal toplayıb. Artıq komandanın “qara zolaq”dan çıxdığını söyləmək olar?
- Ola bilər. Son turlarda artıq komandada özünəinam hissi 2 qat artıb. Futbolçular qorxmadan, çəkinmədən meydanda mübarizə aparırlar. Bizim başqa yolumuz da yoxdur. Komanda rəhbərliyi futbolçular üçün hər cür şərait yaradıb. Nə lazımdırsa edirlər. Bunun qarşılığında yalnız uğurlu nəticə tələb olunur. Biz də çalışırıq ki, qarşıya qoyulan məqsədə nail olaq.
- Oğuz Çətin tez-tez bildirir ki, “Xəzər Lənkəran” qış fasiləsinə ilk “üçlük”də yollanmaq istəyir. Bu, nə dərəcədə realdır?
- Təbii ki, realdı. Bu gün liderlə aramızda cəmi 4 xal fərq var. Qazandığımız hər qələbə bu məsafəni daraldacaq. Qarşıdakı turda “İnter”lə oynayırıq. Daha sonra isə öz meydanımızda “Neftçi” və “Qəbələ”ni qəbul edəcəyik. Bu oyunlarda uğur qazansaq, turnir cədvəlindəki vəziyyətimiz xeyli yaxşılaşacaq. Qarşıdakı oyunlar çox dəyişikliyə səbəb ola bilər. Odur ki, “Xəzər Lənkəran” qış fasiləsinə nəinki ilk “üçlük”də, hətta lider kimi də yollana bilər. Bu, özümüzdən asılıdır.
- Qarşıdakı “Neftçi” ilə oyundan söz açdın. Səncə “Xəzər Lənkəran” - “Neftçi” qarşılaşması həqiqətən də “Böyük oyun”dur?
- “Böyük oyun” fikri ilə razıyam. Hər iki komandanın azarkeş ordusu var. Onlar sevimli komandalarını ürəkdən qələbəyə səsləyir. Bu, iki “titan”ın mübarizəsidir. “Xəzər Lənkəran”ın tarixi böyük olmasa da, 10-11 il ərzində komanda rəhbərliyi böyük işlər görüb. “Neftçi”nin də hansı tarixə malik olduğu bəllidir. Dediyim kimi, bu, iki “titan”ın mübarizəsi və müqayisəsidir. Qalib gələn tərəf növbəti oyunlar üçün ikiqat stimul qazanacaq. Oyun hər bir futbolçu üçün - fərq etməz “Neftçi”dən, ya da “Xəzər Lənkəran”dan - iki komanda üçün əhəmiyyətli, vacib, eləcə də şərəflidir.
- Həmin görüşdə meydana çıxmağım mümkündür?
- Zədəli olmağıma baxmayaraq, fərdi olaraq üzərimdə çalışırdım. Müxtəlif hərəkətləri yerinə yetirirdim. “Neftçi”yə qarşı oynamağı çox istəyirəm. Lakin həmin oyundan əvvəl və ya sonra sıraya dönəcəyimi hələ bilmirəm. Bu, tək mənim istəyimdən asılı deyil. Məşqçilər və həkimlər qərar qəbul etsələr, fiziki durumum oynamağa imkan versə, təbii ki meydana çıxacağam.
- Bəzən futbolçular vacib oyundan əvvəl risq alırlar. İynə gücünə olsa belə, meydana çıxırlar. Sənin “Neftçi” ilə oyundan əvvəl eyni cür fədakarlıq etməyin mümkündür?
- Məndən asılı olsa, bunu edərəm. Əgər istək olmasaydı, heç “Bakı”ya qarşı oynamazdım. Həmin oyundan öncə 100 faiz hazır deyildim. Qarşılaşmadan əvvəl baş məşqçi də dedi ki, hazır deyilsənsə, oynama. Lakin mən hər şeyin qaydasında olduğunu bildirdim. Odur ki, “Neftçi” ilə oyundan əvvəl də hər şey sırf istəyimdən asılı olsa, yüz faiz meydana çıxacağam.
- Müəyyən müddətdən sonra Vyakeslav Tomiç yenidən “Xəzər Lənkəran”a qayıtdı. Bu isə o deməkdir ki, artıq 2 deyil, 3 qapıçı əsas heyət uğrunda mübarizə aparacaq. Bu məqam səni narahat etmir?
- Yox, heç bir problem yoxdur. Bunu normal hal hesab edirəm. Daha əvvəl getmişdi, indi isə qayıdıb. Rəqabətin tərəfdarıyam. Çünki rəqabət olmasa, inkişaf da olmaz. Əvvəl Orxanla rəqabət aparırdım, indi isə həm də Tomiçlə mübarizə aparacağam. Amma bu rəqabət yaınız meydandakı çıxışımıza aiddir. Meydandan kənarda o da bizim dostumuz, qardaşımızdır.
“Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























