3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Ölkə futbolu

“Xəzər Lənkəran”a qayıdan xorvat qapıçı: “1 həftəyə ehtiyacım var” (Müsahibə) EKSKLÜZİV

Yenidən “Xəzər Lənkəran”a qayıdan Vyakeslav Tomiç Futbolxeber.az saytına müsahibə verib.

- Yenidən “Xəzər Lənkəran”a qayıtdın. Bunu necə şərh edə bilərsən?

- Komandaya qayıtmağımda qeyri-adi heç nə yoxdur. Mənim “Xəzər Lənkəran”la müqaviləm var və buna görə də Azərbaycana qayıtmışam.

- “Xəzər Lənkəran”la müqavilən olduğu məlumdur. Amma nəyə görə mövsümün əvvəlində yox, indi komandaya qoşulursan?

- Bu suala cavaB verə bilmərəm. Yaxşı olar ki, bu sualı klub rəhbərliyinə verəsiniz.

- Onlardan soruşmuşuq. Cavab belə olub ki, sənə klub tapmaq tapşırılıb. Sən isə komanda tapa bilmədiyindən yenidən “Xəzər Lənkəran”a qayıtmısan...

- Yenə deyirəm, mən “Xəzər Lənkəran”ın futbolçusuyam. Komandaya qayıdışım da normal qarşılanmalıdır.

- “Xəzər Lənkəran”la müqavilən nə vaxt bitir?

- Gələn ilin sonunda.

- Həmin müddətin sonuna kimi komandada qalacaqsan, yoxsa qışda yenidən gedəcəksən?

- Bunu zaman göstərəcək. İndidən dəqiq nəsə söyləyə bilmərəm.

- “Xəzər Lənkəran”dan ayrı olduğun müddətdə hansısa komandanın düşərgəsində məşq etmisən?

- Yox, heç bir komandanın düşərgəsində oLmamışam. Sadəcə, fərdi məşqlərlə kifayətlənmişəm. Şəxsi məşqçim var və onun nəzarəti altında hazırlıq keçmişəm.

- Formaya düşmək üçün nə qədər zamana ehtiyacın var?

- Dediyim kimi, vətənimdə olduğum müddətdə məşq etmişəm. Tam hazırlıqsız olduğumu söyləmək düzgün çıxmaz. Ona görə də uzun vaxta ehtiyacv duymuram. 1 həftə məşq etsəm, tam qaydasına düşəcəyəm.

- Yenidən əsas heyətə düşmək çətin olmayacaq ki?

- Bunu zaman göstərəcək. Formamı bərpa etdikdən sonra komandadaı digər qapıçılarla rəqabətə hazıram. 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31