Ölkə futbolu
Milinko Pantiç: “Hafiz Məmmədov təkcə Azərbaycanda deyil, bütün Avropada böyük hörmətə sahibdir”
“Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Sportpress.az saytına müsahibəsində paytaxt təmsilçisinin son oyunlarından, ölkəmizə qayıtmaq perspektivindən danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Sabiq komandanız indi Azərbaycan çempionatında nisbətən zəif heyətlə çıxış edir. “Bakı”nın oyunlarını izləyirsinizmi?
- Mən futboldan ayrılmamışam. Futbol adamı olduğum üçün hər zaman işlədiyim komandayla, rəhbərliyim altında oynayan futbolçularla maraqlanıram. Oyunların nəticələrini öyrənirəm, imkan olanda matçları izləyirəm. Bu gün “Bakı”nın 11 xalı var və mən bunu böyük uğur hesab edirəm. Çempionatda “Bakı”nın heyəti gənclərdən, akademiyanın yetirmələrindən formalaşdırılıb. Bu heyətlə yarışmasına baxmayaraq iddialı klublardan xal almağı bacarıblar. Aqil Məmmədov, Vüqar Bəybalayev, Tural Qurbətov, Elton Hüseynov kimi oyunçular hazırda komandanın əsas simalarıdır.
- Hazırda çempionatda rəqabət əvvəlki mövsümdə olduğu kimi deyil. Bu fikirlə razısınız?
- Çempionatdakı oyunların hamısını görmədiyimdən suala cavab verməkdə çətinlik çəkirəm. “Bakı” ilə yanaşı “Xəzər-Lənkəran”, “Qarabağ”, “Simurq”, “Qəbələ”nin də oyunlarına baxıram. Çünki, bu klubların hər birində bəyəndiyim və vaxtı ilə rəhbərliyim altında oynayan futbolçular çıxış edir. Hər birinə ayrı-ayrılıqda çox hörmət bəsləyirəm. Rauf, Cavid, Əfran, Namiq, Şəhriyar, Vüqar, Vadimi unutmamışam. Xüsusilə Vadim Mustafayevin adını çəkmək istərdim. O, mənim rəhbərliyim altında oynadığı vaxt milliyə dəvət olundu. Gələcəkdə daha güclü futbolçu ola bilər.
- Yenidən futbola qayıtmaq üçün təkliflər varmı?
- Hazırda bir neçə təklif barədə düşünürəm. Müxtəlif ölkə klublarından dəvət almışam. Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Qətər, Çin klubları mənimlə işləməkdə maraqlıdır. Müəyyən səbəblərə görə seçim etməyə tələsmirəm.
- “Bakı”nı tərk edən legionerlər və bəzi futbolçular maliyyə ilə bağlı beynəlxalq qurumlara müraciət edib. Bu barədə məlumatınız var?
- Legionerlər müraciət ediblər. Onlar məvaciblərinə görə belə edib. Məhkəməyə müraciət etmələri yaxşı hal deyil. Mən bu addımı atmayacağam. Bu klubla bağlı yalnız xoş xatirələrim var.
- Yenidən “Bakı” klubuna qayıda bilərsinizmi?
- Mənim “Bakı”ya qayıtmağım hər an gündəmdədir. Amma bu təkcə məndən asılı deyil. Hər şeyi klubun prezidenti Hafiz Məmmədov həll edir. “Bakı”ya qayıtmağım Hafiz Məmmədovdan asılıdır.
- Hazırda klubun problemlərinin həll olunmağa doğru getdiyi deyilir. Sizdə bu barədə məlumat var?
- Hafiz Məmmədov təkcə Azərbaycanda deyil, bütün Avropada böyük hörmətə sahibdir. Onun Azərbaycan futbolu üçün gördüyü işlər hamıya məlumdur. Bu gün İspaniyada Madridin “Atletiko” kimi komandası meydana üzərində “Land Of Fire Azerbaijan” yazısıyla çıxır. Hafiz müəllimin Vətənə olan sevgisi sonsuzdur. Üstəlik, o rəhbərlik etdiyi komandanı çox istəyir. Mən əminəm ki, tezliklə komandada heç bir problem olmayacaq. Son müsahibələrinin birində mənim haqda çox xoş sözlər demişdi. Buna görə Hafiz müəllimə təşəkkür edirəm. Biznesdəki yaranan problemlərə baxmayaraq o, işini bilən adamdı. Onun işlərinin tez bir zamanda qaydasına düşəcəyinə əminəm. Eşitdiyimə görə hər şeyi yaxşılığa doğru gedir.
- Kluba yeni gəldiyiniz günlərdə “Bakı”nin prezidenti sizdən nə tələb edirdi?
- Məqsədimiz komandanı daha da gücləndirmək idi. Yerli futbolçuların inkişafını nəzarətdə saxlayırdı. Hafiz Məmmədov hər zaman “Bakı”nı daha güclü görmək istədiyini deyirdi. Əsas məqsəd davamlı uğur qazanmaq üçün çalışmaq olub.
- Sizin adınız bir müddət Azərbaycan millisinin baş məşqçi postuna namizəd göstərilirdi?
- Mənim üçün Azərbaycan millisinin baş məşqçi postuna namizəd olmaq şərəfdir. Adımın namizədlər sırasında hallanması məni qürurlandırır. Fikrimcə Azərbaycan futboluna daha çox kömək edə bilərəm. “Bakı” klubuna gəldiyim gündən öz fəlsəfəmi yeritməyə çalışdım. Gənc oyunçularla daha çox işləməyə üstünlük verirdim və nəticədə göz qabağında idi.
- Sizcə namizədlər arasında məhz Pantiçə nəyə görə üstünlük verilməlidi?
- Bu barədə fikir bildirməyim düz olmazdı. Adımın namizədlər sırasında olması artıq sevindiricidir. Sadəcə bir məqam var. Bu gün mənim o biri əcnəbi namizədlərdən üstünlüyüm Azərbaycanda 1 il çalışmağımdır. Ölkə futbolu haqda müəyyən informasiyam var və ölkənizə demək olar ki, öyrəşmişəm. Yerli futbolçuların xarakteri mənə məlumdur. Bu mənada onlarla işləmək mənə daha asan olar. Baxmayaraq ki, adım o qədərdə tanınmış deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026























