26 May 2026, Çərşənbə axşamı
Zakaria Savon rəsmən “Qarabağ”da
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Tərlan Əhmədov: “Araz Naxçıvan”ın çempionatdan çıxması Azərbaycan futboluna zərbədi”

“Araz Naxçıvan”ın çempionatda çıxmaq istəməsi mənim üçün də qaranlıq qaldı. Məncə bu, inandırıcı deyil. Həqiqətən də çıxmaq istəyirlərsə, əvvəldən niyə oynayırdılar?” Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AZAL-ın baş məşqçisi Tərlab Əhmədov deyib.

Müsahibəsində “Araz Naxçıvan”ın çempionatdan çəkilməsi haqda sualı cavablandıran Əhmədov, bunun Azərbaycan futboluna zərbə olacağını qeyd edib: “Bu addım Azərbaycan futboluna başucalığı gətirmir. Naxçıvanda futbol ənənələri daim olub. Muxtar Respublika da Azərbaycanın ciyər parasıdı. Blokadada olmasınax baxmayaraq, futbol Naxçıvanda da inkişaf etməlidir. Oradan istedadlı futbolçular çıxıb. İndi belə bir qərarın qəbul edilməsini düzgün saymıram. Futbolun inkişafına dair dövlət proqramı var. Bir tərəfdən isə komanda çempionatı tərk edir. Uzun illərdi Azərbaycan futbolunda belə hal yaşanmırdı. Bu, futbolumuza zərbədi”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31