8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

“Simurq”un sabiq baş məşqçisi Rusiyanın Azərbaycanla oyun üçün heyətini “açıqladı”

“Simurq”un sabiq baş məşqçisi, Rusiya millisinin keçmiş hücumçusu Sergey Yuran “Sport-Ekspress”ə müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, müsahibə zamanı Yuran, “əlinizdə olsaydı, qarşıdakı Azərbaycanla oyunda meydana hansı heyəti buraxardınız” sualını belə cavablandırıb: “Qapıda Rebrov dayanrdı. Akinfeyev Rusiyada 1 nömrədi. Bu, aydındı. Amma yoxlama oyununda ehtiyat qüvvəni də sınamaq lazımdı. Müdafiənin mərkəzində İqnaşeviç və Semenova, sağda Smolnikova, solda Kombarova şans verərdim. Dayaq yarımmüdafiəçisi kimi Qluşakov oynamalıdı. Hazırda Denisov zədəlidi. Qluşakov isə yaxşı formadadı. Mərkəzdə Dzaqoyev və Şatov qərarlaşsa, yaxşı olardı. Yarımmüdafiəçinin sağ cinahında Səmədov, solda isə Kanunnikov qərarlaşmalıdı. Hücumda isə Dzyuba yer alsaydı, əla olardı. Amma o, zədəlidi. Kokorinin isə hazırda alternatvi yoxdur”.

Xatırladaq ki, Rusiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 20:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30