2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Kiçik Toşak Lənkərandan getdi

"Kameron Toşak "Xəzər Lənkəran"ın düşərgəsinə gəldi, komandadakı şəraitlə tanış oldu. Onun səfəri tanışlıq məqsədi daşıyırdı. 1 həftə qaldı, vəziyyətlə yerindəcə tanış oldu, daha sonra getdi. İndi qarşıdakı günlərdə öz fikrini deyəcək". Bu sözləri Futbolxeber.az saytına verdiyi müsahibədə "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib. Babək bəy bildirib ki, oğul Toşakın "Xəzər Lənkəran"da işləyib-işləməyəcəyi hələlik bəlli deyil. Bu məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Kameron Lənkəran klubunun baş məşqçisi Con Toşakın oğludur. 1970-cı ildə Kardifdə anadan olan Kameron karyerası ərzində "Suonsi", "Bristol Siti", "Kardiff" və "Velmut"da forma geyib. 2011-ci ildə Makedoniya millisində Con Toşakın köməkçisi kimi çalışıb. Bir neçə gün əvvəl ölkəmizə gələn Kameron Toşak cənubluların "Bakı"ya qarşı keçirdiyi kubok oyunlarını canlı olaraq stadiondan izləmişdi.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31