16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

“Simurq” rəsmisi: "AFFA-nın qərarından şikayət edib-etməyəcəyimiz hələ bəlli deyil"

“Simurq”un AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanan Draqan Çerana görə Appelyasiya və Ekspert Komitəsinə şikayət edib-etməyəcəyi hələ bəlli deyil. Bu haqda Futbolxeber.az saytına Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib: “Hazırda klub rəhbərliyi bu barədə müzakirələr aparır. Yekun qərar hələlik verilməyib. Rəhbərlik şikayət edilməsi barədə qərar versə, bunu ictimaiyyətə açıqlayacağıq”.

“Rəhbərlik futbolçu ilə bu barədə müzakirə aparıbmı” sualını klub rəsmisi belə cavablandırıb: “Təbii ki, klub rəhbərliyi Çeranla bu haqda danışıb. Futbolçu günahsız olduğunu deyir. O bildirib ki, həmin epizodda topu saxlaya bilmədiyi üçün əsəbləşib. Bu zaman ağzından çıxan ifadəni isə hakim özünə götürüb. Halbuki o cür sözdən futbolçular oyun zamanı tez-tez istifadə edirlər”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31