21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Elvin Məmmədov: “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa...”

“Açığı, indiki “Tvente” barədə məlumatım yoxdur. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq üzvü, hazırda “İnter”də forma geyən Elvin Məmmədov deyib.

PFL-in rəsmi saytına verdiyi açıqlamada Məmmədov Ağdam klubunun mərhələ keçəcəyinə inandığını bildirib: “İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidir. Bu məqamları nəzərə almaq lazımdır. “Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30