Ölkə futbolu
Foqts: "AFFA mənə bunu desin, əşyalarımı yığıb gedirəm"
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytına müsahib verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Aprelin 30-da Madrid “Atletiko”su ilə Bakıda yoldaşlıq görüşündə Azərbaycanın bütün ulduz futbolçulardan ibarət komandası oynayacaq. Ona sizin baş məşqçisi olacağınızla da bağlı müzakirələr oldu. Sizə belə təklif gəlib?
- Yox. Mən bildiyimə görə, həmin matçda “Atletiko”ya qarşı “Bakı” oynayacaq.
- “Bakı” əvvəl belə planlaşdırsa da, sonradan ən yaxşı yerli futbolçulardan ibarət yığma komandanın meydana çıxmağını daha məqsədəuyğun saydı...
- Bu, klublar arasında oyundur, yığmalar səviyyəsində matç deyil. Klubun yığma ilə yoldaşlıq görüşünü düzgün saymıram. Niyə Azərbaycan milli komandası “Atletiko”ya qarşı oynamalıdır?
- Hər halda, millimizdə işlədiyiniz müddətdə klubla oynamaq praktikanız olub. Çexiya “Slaviya”sı, Ukrayna ilə “Metallist” ilə matçları misal göstərmək olar...
- Fikrimcə, “Atletiko”ya qarşı “Bakı” oynamalıdır və sonda bu komandanın meydana çıxacağını düşünürəm. Hər halda, ispanlar bu klubun dəvəti ilə Bakıya gəlir.
- Millimiz növbəti rəsmi oyununu iyunun 7-də Lüksemburq yığması ilə Bakıda keçirəcək. Qalib gəlməli olduğumuz həmin matçda 2 hücumçunun – Rauf Əliyevlə Vüqar Nadirovun cəzalı olmağı ön xətdə probleminin olmağı sizi qayğılandırmır?
- Xeyr. Hazırda milli komandamızda hücumçu sarıdan problem yoxdur. Sadəcə, Rauf Portuqaliya ilə oyunda 4 dəqiqəyə 2 sarı vərəqə almaqla, millimizi pis vəziyyətdə qoydu. Nəticədə 10 nəfərlə qalaraq, həmin vaxt hesab açılmadığı matçda 0:2 hesabı ilə uduzduq. Ancaq Raufun bu hərəkətinə görə mətbuatda tənqidlə rastlaşmadım. Halbuki bunu xaricdən gələn oyunçular – Rüfət Dadaşov, Cihan Özkara etsəydi, tənqid olunacaqdılar.
- Yəni mətbuatın milliləşdirilən oyunçulara daha çox tənqidi yanaşdığınızı düşünürsünüz?
- Rüfətlə Cihan özlərini azərbaycanlı sayaraq, bu ölkənin millisində oynayırlar. Ancaq Portuqaliya ilə matçdan öncə keçirilən mətbuat konfransında mənə sual verirlər ki, Cihanın meneceri ilə tanış olduğunuza görə onu milliyə çağırırsınız. Hərçənd mən onu heç tanımıram. Futbolçular mətbuatda belə şeyləri oxuyanda, milliyə gəlmək istəyirlər. Olmayan şeyləri yazıb, səhv fikir formalaşdırmaq olmaz.
- Azarkeşlər millidən Lüksemburqla oyunda yalnız qələbə gözləyir. Hətta nəticə məğlubiyyətə bərabər sayılacaq və sizə tənqidlər daha da çoxalacaq. Bundan çəkinmirsiniz?
- Biz Lüksemburqa orda da qalib gəlmək istəyirdik. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik. Bakıda oyunda da qələbə qazanmaq istəyirik. Biz Lüksemburqa qalib gəlməliyik. Ancaq şanslar 50-nin 50-dir.
- Azarkeşlər millinin sov ev oyunları zamanı futbolçuların adları çəkiləndə onları alqışlayır, ancaq sizin adınız səslənəndə fitə basırlar. Buna necə reaksiya verirsiniz?
- Mənim bu haqda məlumatım var. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri mənə bu haqda deyiblər. Mənim işimə qiyməti AFFA rəhbərliyi verir. Mənin federasiya ilə müqaviləm var və buna əsasən işləyirəm. AFFA mənə bunu desin ki, səndən narazıyıq, onda əşyalarımı yığıb gedərəm.
- Millimiz qarşısına məqsəd kimi 2016-cı il Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmağı qoyub. Həmin vaxt 70 yaşı olacaq Berti Foqts qalıb, millidə işini bitirib, tarix yazmağı düşünürmü?
- Mən özümdə belə istəyin olub-olmayacağı haqda deyə bilmərəm. Hər şey Allahın əlindədir. Onu deyə bilərəm ki, məni hansısa nəticə qazanıb, buna görə adımın qızıl hərflərlə kitaba düşmək maraqlandırmır.
- Bəs cari seçmə mərhələdə neçə xal toplamağı düşünürsünüz, bunu real sayırsınız?
- Məni belə şeyləri də düşünmürəm.
- Hər halda, 7-dən çox xal yığmaqla, öz şəxsi rekordunuzu yeniləyə bilərsiniz?
- Mən işimi xala görə qurmuram. Məqsədim yaxşı bir komanda yaradıb, Azərbaycan futbolunun inkişafına öz töhfəmi verməkdir.
- Özünüz gedəndən sonra postunuza hansı azərbaycanlı məşqçini daha layiqli namizəd sayırsınız?
- Mən bu suala dəqiq cavab verə bilmərəm. Fikrimcə, konkret ad çəkmək düzgün olmazdı. Azərbaycanda yaxşı məşqçilər, milliyə bir neçə namizədlər var. Əgər AFFA prezidenti məndən bunu soruşsa, konkret ad çəkərəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























