7 Yanvar 2026, Çərşənbə
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi

Ölkə futbolu

AZAL honduraslı yarımmüdafiəçini transfer etdi

Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqaviləyə bağlayan, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürən “təyyarəçilər” sayca 7-ci transferini gerçəkləşdirib. Honduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra AZAL-ın şərəfini qoruyacaq.

Tam adı Luis Arkanxel Ramos Kolon olan xavbek münasibətləri rəsmiləşdirdikdən sonra klubun rəsmi saytına danışıb: “Hər iki tərəf üçün uğurlu olacağəna inanıram. Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisindən dəvət almaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandamız çempionatda yğurlu çıxış etsin”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31