Ölkə futbolu
Babək Quliyev: "Mövsümün sonunda təkcə onunla deyil, hər kəslə ciddi söhbətimiz olacaq"
"Xəzər Lənkəran" klubunun idman direktoru Babək Quliyev Futbolxeber.az saytına müsahibə verib.
- Dünən komandanız ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Bakı"ya 0:1 hesabı ilə uduzdu. Əvvəlcə həmin oyunla bağlı fikirləriniz bilmək istərdik?
- Komandamız dünən çox zəif oynadı. Bunun da nəticəsində məğlub olduq. Heyətlə bağlı bəzi problemlərimiz var idi. Eləcə də komandamız fiziki cəhətdən zəifdir. Fiziki baxımdan komandada çatışmazlıqlar var. Bu, ikinci hissədə özünü daha açıq şəkildə göstərdi. İlk yarıda normal oynasaq da, fiziki cəhətdən hazırlıqsız olmağımız ikinci yarıda sözünü dedi. Buna görə də rəqib üstün oynayaraq, qələbə qazandı. Hələ Orxan Sadıqlı olmasaydı, daha böyükhesabla uduzacağdıq. O dünən əla çıxış edərək, bir neçə epizodda komandamızı real qoldan xilas etdi.
- Qeyd etdiniz ki, komandanız fiziki cəhətdən zəifdir. Bu problem nədən qaynaqlanır?
- Bu ondan irəli gəlir ki, komanda qış fasiləsi zamanı Antalyada fiziki baxımdan ciddi hazırlıq keçməyib. Həmin vaxt fiziki məşqlərə lazımı qədər diqqət ayrılmayıb. Bunun acısını da komanda indi çəkir. Fiziki cəhətdən zəif olmağımız dünənki oyunda məğlubiyyətə gətirib çıxardı.
- Bu barədə komandanızın fiziki hazırlıq üzrə məşqçisi Erik Roketa ilə söhbətiniz olub?
- Hələlik heç kimlə söhbətimiz olmayıb. Mövsümün sonunu gözləyirik. Mövsüm başa çatdıqdan sonra təkcə Roketa ilə deyil, hər kəslə ciddi söhbətimiz olacaq. O cümlədən də futbolçularla.
- Belə başa düşdük ki, təkcə Roketadan deyil, bəzi futbolçulardan da narazısınız. Həmin oyunçuların adlarını açıqlaya bilərsiniz?
- Xeyr, indidən ad açıqlaya bilmərəm. Mövsümün sonunda özünüz hər şeyi görəcəksiniz.
- Klub rəsmisi kimi deyil, keçmiş FİFA referisi kimi dünənki oyunda Vüsal Əliyevin təyin etdiyi penalti epizodunu dəyərləndirməyinizi istərdik.
- Mən hər zaman demişəm ki, Azərbaycanda şərəf və ləyaqətini qoruyan, simasını itirməyən 3-4 hakim varsa, onlardan biri də Vüsal Əliyevdi. Dünən yanılmadığımı bir daha anladım. Vüsal Əliyev oyunu yaxşı idarə etdi. Onun təyin etdiyi penalti qərarı tam haqlı idi. Əgər, o həmin epizodda bizim qapımıza penalti verməsəydi, bax, bu, biabırçılıq olardı.
- "Xəzər Lənkəran"a gəldikdən sonra hakimlərlə bağlı hər hansı bir narazılığınız olub?
- Xeyr, heç bir narazılığım olmayıb. Heç bundan sonra da olmasını istəməzdim. Özüm də əvvəl hakim olmuşam. Hakim də insandı, səhv edə bilər. Amma biz "Xəzər Lənkəran" klubu olaraq hər zaman təmiz hakimliyin tərəfdarı olmuşuq. Hakimin bizə kömək etməsini heç vaxt istəmərik. Qoy, hakim nə var, onu da versin. İstəyimiz yalnız düzgün hakimlikdi.
- Hakimlikdən söz düşmüşkən, bir məsələ ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı. Yəqin ki, dünən keçirilən "Neftçi" - "Qarabağ" oyununu izləmisiniz. Sizcə, Anar Salmanovun penalti qərarı düzgün idi?
- Bu haqda danışmaq istəmirəm.
- Biz "Xəzər Lənkəran" rəsmisi kimi yox, keçmiş FİFA referisi kimi sizin fikirlərinizi öyrənmək istəyirdik.
- Sizi başa düşürəm. Amma mən ekspert deyiləm. Hər nə qədər keçmiş FİFA referisi olsam da, bugünkü gündə "Xəzər Lənkəran"da çalışıram. Ona görə də digər klubların oyununda baş verən epizodu dəyərləndirməyim düzgün çıxmaz. "Xəzər Lənkəran"la bağlı nə sualınız varsa, buyurun.
- Dünənki məğlubiyyətdən sonra "Xəzər Lənkəran"ın finala yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- Kubok oyunu 2 matçdan ibarətdir. Düzdür, dünən komandamız pis oynadı. Bayaq da dediyim kimi, Orxan Sadıqlının sayəsində böyükhesablı yenilgidən qaçdıq. Amma şansımız hələ də qalır. Rəqib bizi cəmi 1 topla üstələyib. Buna görə də cavab oyununda həmin yenilginin əvəzini çıxmağa, finala yüksəlməyə çalışacağıq. Düzdür, bu, heç də asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq.
- Komandanızın üzvü Ağabala Ramazanov hazırda hərbi xidmətdədir. Sərhəd Qoşunlarında xidmət etdiyinə görə komanda ilə birgə səfər oyunlarına yollana bilmirdi. Son turda "Turan"a qarşı baş tutan matçdan sonra da Con Toşak Ağabalanın yoxluğunu qeyd etmişdi. Amma dünənki oyunda Ramazanov meydandan idi. Onun əsgərlik problemini necə həll etdiniz?
- Bu məsələni klub prezidenti həll etdi. Sərhəd Qoşunlarının komandanı da sağ olsun ki, Azərbaycan futbolunun inkişafı üçün Ağabalaya şans yaratdı. O da başa düşür ki, Ramazanov gənc, perspektivli futbolçudur. Həm də Ağabalanın hərbi xidmətinin başa çatmasına cəmi 2 ay qalıb.
- Bu məsələ birdəfəlik həll olundu, yoxsa yalnız "Bakı" ilə oyuna şamil olunmuşdu?
- Yox, birdəfılik həll olundu. O hərbi xidmətini davam etdirməklə yanaşı, məşqlərdə, oyunlarda da iştirak edəcək. Ağabala bundan sonra Lənkərandan kənarda baş tutacaq digər oyunlarda da iştirak edəcək.
- Keçən dəfə söhbət edərkən bildirmişdiniz ki, bu günlərdə komandaya daha bir məşqçi qoşulacaq. Kameron Toşak artıq düşərgəyə gəlib?
- Bəli, Conatan Kameron Toşak artıq kluba qoşulub. Aprelin 16-da ölkəmizə təşrif buyuran Kameron Toşak dünən "Bakı"ya qarşı keçirilən matçı da tribunadan izlədi. Sabahdan isə o komandanın məşqlərində iştirak edəcək.
|
Oyunçular fiziki cəhətdən rəqib komandanın oyunçularına uduzurdular.Rəqibə qəttiyən pressinq edə bilmirdilər.Çünki fiziki cəhətdən çatdıra bilmirdilər.Bonfim,Pit və Skarlatakeni tanımaq mümkün deyildi.Oyunçular,bir sözlə Baş məşqçinin tapşırıqlarını yerinə yetirmək iqtidarında deyildilər.O,oyunda biz azərkeşlər təsəllini Orxan Sadıxlının oynuna görə tapırdıq.
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
12:00
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibləri azaldı
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
03.08.2026
02.08.2026
01.08.2026
31.07.2026
























