3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

“Bakı” “Neftçi” ilə oyuna hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Növbəti tapşırıqda isə futbolçular iki qrupa bölünərək topla əyləncəli qaçdı-tutdu oynayıb. Ardınca “kvadrat”a da yer verilib. Düzülmüş 5 maneə üzrə sürətli qaçış yarışından sonra ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “narıncılar” və “göylər”in mübarizəsində birincilər (1:0) üstün olub.

Onu da vurğulayaq ki, zədəsini müalicə etdirən Rauf Əliyev, Elvin Məmmədov və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Əvəzində zədəsini tam sağaldan Əfran İsmayılov kollektiv məşqlərə qoşulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31