11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Basketbol

"Sabah"da serbiyalı baş məşqçi

"Sabah" basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı mütəxəssis məşqçi karyerasına 2013-cü ildə Serbiyanın "Mladost Zemun" klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç "Rtanj", "Zdravlje Leskovac" və "Vrşac" komandalarına rəhbərlik edib.

Mütəxəssis 2024/2025 mövsümündə "Vrşac" klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

L.Spasiç son olaraq Almaniya Bundesliqası təmsilçisi "EWE Baskets Oldenburg"u çalışdırıb.

Spasiçin məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draşkoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30