9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Basketbol

Pley-offun daha bir iştirakçısı müəyyənləşib

Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanan daha bir komanda bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, "Ordu" bu raundda iştirak hüququ əldə edib.

"Hərbçilər" pley-in mərhələsinin ikinci oyununda "Quba"nı üstələyib - 92:88. Komanda ilk matçda da qalib gəlmişdi - 91:83.

Bu gün NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74) üstələyərək bu mərhələdə iştirak hüququ qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31