18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Basketbol

“Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm”

“Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandamızın şanslarından danışıb:

"Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik. Bir vaxtlar “Sərhədçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.

Əliyev klubun azarkeşlərinə də çağırış edib: “Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompleksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31