Basketbol
Azərbaycan futzalı: 2017-ci ilin yaddaqalan 7 anı
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində 2017-ci ildə son yazısını təqdim edir. Layihəmizin bu dəfəki yazısı başa çatmaqda olan ildə Azərbaycan futzalındakı ən yaddaqalan hadisələrə həsr olunub. 2017-ci ildən bizim seçdiyimiz 7 məqam bunlardı?
7. GECİKMİŞ TƏYİNAT
Cari mövsüm Azərbaycan Futzal Federasiyası bir sıra alqışalayiq addımlarla yadda qaldı. Bunlardan biri də federasiyada mətbuat xidmətinin rəhbəri vəzifəsinin təyin edilməsi oldu. Diqqətli oxucular xatırlayar ki, Futbolxeber.az saytı olaraq dəfələrlə bu məsələyə toxunmuşduq. Hər dəfə bildirirdik ki, mütləq federasiya ilə mətbuat arasında körpü rolunu oynayan şəxsə ehtiyac var. Çünki AFFA-nın mətbuat xidməti departamentinin işi onsuz da çoxdur və hər xırda məsələyə görə o qurumun üzvlərini narahat etmək olmur. Bəzən mətbuat işçiləri ölkə çempionatında hansısa oyunun nəticəsini dəqiqləşdirmək üçün xeyli çətinlik çəkməli olurdular.

Nəhayət, cari mövsümün startı öncə Azərbaycan Futzal Federasiyasında uzun müddətdir gözlənilən təyinat reallaşdı. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Mahal Məmmədov futzal federasiyasının sözçüsü təyin edildi. Məmmədovun təyinatından sonra işimizin xeyli yüngülləşdiyini söyləmək mümkündür. Hələlik Azərbaycan Futzal Federasiyasının ayrıca saytı fəaliyyət göstərməsə də, qurumun feysbuk səhifəsi olduqca aktivdir. Mahal Məmmədovun nəzarət etdiyi səhifədə nəinki yüksək liqa, hətta I və II liqa ilə də bağlı bütün məlumatları əldə etmək mümkündür. İstər nəticələr, istər protokollar, istərsə də fotolar. Sözügedən səhifədə tez-tez maraqlı statistik məlumatlar, gündəmə uyğun müsahibələrlə də qarşılaşmaq mümkündür.
6. 35 YAŞLI BOMBARDİR
Yeddinci pillədəki yarımbaşlığa “ikinci gəncliyini yaşayan Renat Sultanov” adını da qoymaq olardı. Həqiqətən də “Marafon”un kapitani cari mövsüm inamlı oyunu ilə yadda qalır. Əvvəlki illərdə olduğu kimi, bu il də çempionatın startından öncə əsas favorit məhz “Araz” idi. Naxçıvan klubuna müqavimət göstərə biləcək rəqib qismində isə “Ekol” və “Neftçi”nin adı çəkilirdi. Lakin geridə qalan 2 dövrə proqnozları alt-üst etdi. Düzdür, “Araz” gözlənildiyi kimi çempionatın vahid lideridir. Lakin Joze Alesionun komandasının hazırda əsas izləyəcisi nə “Neftçi”, nə “Ekol” yox, “Marafon”dur. Bu komandanın uğurlu çıxışında isə kapitan Renat Sultanovun rolu böyükdür.

Təcrübəli oyunçu vurduğu 15 qolla nəinki “Marafon”un, ümumilikdə çempionatın bombardiridir. Futbol, çimərlik futbolu və futzalda özünü sınayan Sultanov cari mövsümdəki inamlı oyunu ilə Azərbaycan millisinə də dəvət aldı. Düzdür, indidən Soltanovun Avropa çempionatına yollanacaq heyətdə yer alıb-almayacağını demək çətindir. Amma təcrübəli oyunçu inamlı oyunu sayəsində İranda keçirilən beynəlxalq turnirdə yığmanın düşərgəsində idi.
5. “CBC-SPORT”UN YAYIMI
Yaxın keçmişdə futzal çempionatının mərkəzi oyunları “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanırdı. Lakin son 1-2 ildə bu baxımdan ciddi boşluq yaranmışdı. Ölkədə 2 idman kanalı fəaliyyət göstərsə də, onlardan heç biri futzal birinciliyinin oyunlarını yayımlamırdı. Nəhayət ki, cari mövsümün ikinci turundan etibarən bu məsələ də yoluna qoyuldu. “CBC-Sport” kanalı təmənnasız olaraq ölkə çempionatının oyunlarının yayımını üzərinə götürdü.

Bunun üçün kanalın cəmi 2 şərti var idi. Oyunlar həftəarası və Bakı İdman Sarayında keçirilsin. Kanalın bu istəklərini anlayışla qarşılaşamaq lazımdır. Çünki həftəsonu istər Topaz Premyer Liqasında, istər İtaliya “A” seriyasında, istərsə də Hollandiya çempionatında maraqlı qarşılaşmalar keçirilir. Bu səbəbdən də futzal çempionatının həftəarası keçirilməsi yerinə düşdü. O ki qaldı məkana, “ABU Arena”da yayım üçün normal şərait yoxdur. Federasiya, klublar və “CBC-Sport” arasındakı razılıqdan sonra kanal hər həftə turun mərkəzi oyunlarını tamaşaçılara təqdim edir.
4. MİLLİMİZİN İSFAHAN SINAĞI
Azərbaycan millisi daim böyük turnirlər öncəsi eyni problemlə qarşılaşır. Yığmamız Avropa və dünya çempionatı öncəsi hər zaman yoxlama oyunları üçün güclü rəqib tapmaqda çətinliklə üzləşirdi. Məcburiyyətdən bəzən yerli klublarla yoxlama oyunları keçirilirdi. Təbii ki, bu da böyük turnirlər zamanı millimizə problem yaradırdı. Lakin 2018-ci ildə yanvarın sonunda keçiriləcək Avropa çempionatı öncəsi Azərbaycan Futzal Federasiyasının rəhbərliyi bu problemi yoluna qoymağı bacardı. Belə ki, millimiz bu ayın əvvəlində İranda keçirilən beynəlxalq turnirə qatıldı. İsfahanda təşkil olunan yarışın iştirakçıları kifayət qədər güclü idi. Belə ki, millimizlə yanaşı, turnirdə meydan sahibi İran, son dünya və Avropa çempionatlarının finalçısı Rusiya, eləcə də son zamanlar xeyli güclənmiş Qazaxıstan yığmaları mübarizə aparırdı.

Millimiz güclü rəqiblərlə yarışda özümnü kifayət qədər yaxşı tərəfdən göstərməyi bacardı. Yalnız Rusiyaya uduzan Alesionun komandası İran və Qazaxıstanla 3:3-lük bərabərliyə razılaşdı. Özü də meydan sahibləri turnirdə yalnız Azərbaycan yığması ilə görüşdə qələbəyə həsrət qaldılar.
3. “ARAZ”IN RUMINİYADAKI FİASKOSU
Son ölkə çempionu “Araz” cari mövsüm futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarını Rumıniyada keçirdi. Seçmə mərhələdən öncə əksəriyyət çempionumuzun Rumıniyada uğur qazanıb, Elit raunda yüksələcəyinə şübhə etmirdi. Çünki “Araz”ın rəqibləri arasında İtaliya, Rusiya, İspaniya, Portuqaliya, Qazaxıstan kimi ölkələrin təmsilçiləri yox idi. Belədə Naxçıvan klubunun Rumıniya, Bosniya və Herseqovina və Malta çempionları ilə mübarizədən qrup qalibi kimi ayrılacağı gözlənilirdi.

İlk turda çempionumuz Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2 hesabı ilə qalib gəlmişdi. İkinci turda isə “Araz” Malta çempionu “St Andreus”u 6:4 üstələmişdi. Son tur öncəsi “Araz” 6 xalla qrup lideri idi və son turda komandamızı heç-heçə də qane edirdi. Meydan sahibləri ilə görüşdə qazanılacaq 1 xal “Araz”ı Elit raunda daşıyırdı. Lakin gözlənilmədən sonra matçda “Araz” Rumıniya çempionu “Deva”ya 3:6 hesabı ilə uduzdu. Belədə xalların sayı bərabər olsa da, şəxsi oyundakı üstünlüyə görə Elit raunda “Araz” yox, rumınlar yüksəldilər. Bu nəticəni isə fiasko kimi dəyərləndirmək olar. Çünki bu cür qrupda qalib ola bilməmək “Araz”ın əvvəlki nəticələrinə yaraşmadı.
2. ALESİONUN QAYIŞIDI
İlk dəfə 2008-ci ildə “Araz”ın baş məşqçisi təyin edilən Joze Alesio Da Silva uzun illər ölkəmizdə uğurla fəaliyyət göstərdi. Braziliyalı mütəxəssisin həm klubdakı, həm də millimizdəki fəaliyyəti kifayət qədər uğurlu alındı. Millimiz ilk dəfə məhz Alesionun rəhbərliyi altında Avropa çempionatına yüksəldi. 2010-cu ildə Macarıstanda keçirilən qitə birinciliyində Azərbaycan yığması yarımfinala kimi irəliləməyi bacardı və yekunda dördüncü oldu. Alesionun rəhbərliyi altında “Araz” da uğur qazandı və “Dördlər finalı”na yüksəldi. Amma həlledici mərhələdə finala yüksəlmək mümkün olmadı.
![]()
Bütün bu uğurların fonunda gözlənilmədən Alesio Azərbaycanı tərk etdi. Federasiya prezidenti Zaur Axundovla problem yaşayan Alesio kobud da çıxsa, ölkəmizdən qaçdı. Tərəflər bir-birini ittihan edirdi və Alesio ilə Axundovun münasibəti düşmən səviyyəsində idi. Lakin Tino Peresin yığmamızdan ayrılmasından sonra gözlənilmədən Alesio Da Silva Azərbaycana qayıtdı. O, həm “Araz”ın, həm də millimizin baş məşqçisi təyin edildi.
1. ARDICIL V AVROPA ÇEMPİONATI
2017-ci ilin əvvəlində Bakı İdman Sarayı Avro-2018-in seçmə mərhələ oyunlarına ev sahibliyi etdi. Azərbaycan millisi qitə birinciliyinə yüksəlmək uğrunda Macarıstan, Bosniya və Hersoqovina və Albaniya ilə mübarizə aparırdı.
İlk oyunda millimiz Bosniya üzərində 5:4 hesablı çətin qələbə qazandı. Ertəsi günü yığmamız Albaniyaya heç bir şans tanımadı - 5:0. Son matçda millimiz Macarıstanla üz-üzə gəlirdi.

Bu görüşdə heç-heçə də yığmamıza kifayət edirdi. Bu halda da Azərbaycan millisi qrup birinciliyini təmin edəcəkdi. Lakin millimiz rəqibə heç bir şans vermədi və macarları 6:1 hesabı ilə üstələməklə maksimum nəticə ilə qrup birinci oldu və ardıcıl beşinci dəfə Avropa çempionatına vəsiqə qazandı.
İlk 4 cəhddə ən yaxşı nəticə IV yer olub. 2012 və 2014-cü illərdə qrupda qalan millimiz, son qitə birinciliyində də Rusiyaya uduzmaqla mübarizəni 1/4 finalda dayandırıb.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:54
“Turan Tovuz” “Şamaxı”ya, “Neftçi” “Araz-Naxçıvan”a qarşı
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
-
12:42
Sonuncu mogikan və 7 ay əvvəl yazılanların təsdiqi
-
12:26
Kadi Konfrans Liqasında rekordçu oldu
-
11:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:18
"Qarabağ"ın qələbəsi VİDEO
-
11:04
“Zirə” legionerini Kamboca klubuna satdı
-
10:51
"Malmö" Sumanı icarəyə verdi
23.08.2026
22.08.2026
21.08.2026
























