Ölkə futbolu
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
FIFA 2027-ci ildə 20 yaşadək oğlanlar arasında keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi brendini təqdim edib.
Futbolxeber.az saytına AFFA-dan verilən məlumata görə, brend Azərbaycan və Özbəkistanda təşkil olunacaq turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.
"Bu oyun sənlikdir" rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.
Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.
Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.
Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, "SƏN" mənasını verən "U" hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki "U20" elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.
Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.
FIFA-nın baş katibi Mattias Qrafström bildirib: "FIFA dünya çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir. Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. "Bu oyun sənlikdir" şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir.
Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahibləri Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara dünya çempionatında bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik".
Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.
AFFA-nın prezidenti Rövşən Nəcəf dünya çempionatının gənc futbolçular üçün geniş imkanlar yaradacağını vurğulayıb: "FIFA U-20 dünya çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq".
Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov da mundialın önəmindən danışıb: "FIFA U-20 dünya çempionatı 2027 gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır. İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi mundial ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq".
FIFA U-20 dünya çempionatı 2027 yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holann bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək şansı verəcək.
Mundialı stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:53
"Şamaxı"dan möhtəşəm geridönüş: "Şəfa"nı meydandan sildilər
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
16:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
16.10.2026
15.10.2026
14.10.2026























