16 Oktyabr 2026, Cümə
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası

Ölkə futbolu

“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə

“Neftçi” Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində sabah “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, klubun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” qarşılaşmasını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb. Həmin sektorlara daxil olmaq istəyən “Neftçi” azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın “Neftçi” könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək.

Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!

Matçı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi “Palms Sports Arena”nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək.

Tribunada yerini al, 90 illiyimizdə yanımızda ol!”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31