17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”

“Komandamız oyuna bir qədər uğursuz başladı və "Araz-Naxçıvan"ın necə oynadığını anlamağımız bir qədər vaxt apardı. Rəqibin yarımmüdafiəçiləri mərkəzdə çox boşluq tapırdı. Fasilədən sonra rəqibin yaratdığı boşluqlardan maksimum istifadə edə bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Tiaqo Almeyda Azərbaycan Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Portuqaliyalı müdafiəçi uğurlu çıxış etdirməyə çalışacaqlarını bildirib: “Komandamız hazırda yaxşı formadadır. Düşünürəm ki, indiyə qədər olduğu kimi çalışmağa davam etsək, bu uğurlu seriyanı davam etdirə bilərik”.

26 yaşlı futbolçu “Sumqayıt”ın hədəflərindən də söz açıb: “Komandanın hədəfi hər oyuna ayrı-ayrılıqda yanaşmaq, getdikcə daha yaxşı oynamaq və turnir cədvəlində mövqeyimizi yüksəltməkdir. Məqsədimiz turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31