Ölkə futbolu
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
“İki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Bu, sırf azarkeşlər üçün olan oyun idi. Yaxşı mübarizə, yaxşı dinamika, çox qol... İki tərəfin də futbolçuları məğlub olmağa haqq etmirdilər. Ona görə də hər iki komandanı oyununa görə təbrik edirəm. Düşünürəm ki, çempionatın ən maraqlı matçlarından biri oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunun "Neftçi" ilə oyunundan (3:3) sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- "Qarabağ" hələ də adaptasiya prosesini tam olaraq keçə bilmir deyə qalib gəlmir, yoxsa "Neftçi" çox güclənib?
- Qarşımızda çox bərk komanda var idi. İntizamlı kollektivdir. Rəqibi öz oyununu oynamağa qoymurlar, maksimum buna fokuslanıblar, bunu yaxşı icra edirlər. Amma futbolçularımız çox da əsəbiləşmədilər, səbirli oldular, sona kimi öz oyunumuzdan əl çəkmədik. Yaxşı sonluq oldu. Amma özümüzdə də bir az çatışmazlıqlar var. Hələ tam heyət formalaşmayıb, futbolçuların tam adaptasiya müddəti keçməyib. Yeni gələn oyunçularda sanki hamı zədə prosesindən keçir. Vacib olan onların xarakteri idi. Bundan əvvəlki oyunlarda da oyun baxımından çatışmazlıqlarımız var, amma xarakter göstərirlər. Daha yaxşı olmağa gücümüz var, borcluyuq da. Qarşıdakı vaxtlarda hazırlaşıb, yaxşı məşqlər keçib, futbolçuları daha yaxşı idman formasına gətirib çıxaracağıq.
- "Neftçi" çempionluq yarışında "Sabah" və "Qarabağ"la mübarizə apara biləcək?
- Tam əminliklə. Təkcə çempionluğa meydanda baxmamalıyıq. Öz oyunları var, daha gücləniblər, daha inamlı olublar. Komanda ətrafında böyük inam var. Bu gün də bir daha göstərdilər. Son vaxtlar yadıma gəlmir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda bu qədər "Neftçi" azarkeşi olsun. Bu mövsüm xüsusi hazırlaşıblar. Çempion ola biləcək gücdədirlər.
- Ötən ay AFFA-nın media departamentində bir-birə 8 əməkdaş işdən çıxarılıb. Onların arasında Vətən müharibəsinin qazisi, sizin yaxından tanıdığınız həmkarımız Mehman Əşrəfov da var. Dünən mediada xəbərlər çıxdı ki, Cahangir Fərəcullayev onları işdən çıxaranda deyib ki, “bu, mənim yox, İcraiyyə Komitəsinin qərarıdır. Maraqlıdır ki, siz həmin müzakirələrdə iştirak etmisiniz? Həmin işçilərin fəaliyyətindən narazı olduğunu bildirmisiniz?
- Xeyr, mənim məlumatım yoxdur. Ola bilər ki, fərqli formada bildiriblər. Başqa cavab verə bilməyəcəm.
- Avrokuboklardan kənarda qalmaq yaxşı nəticə deyil. Amma bu, yeni komandanı qurmaqda sizə kömək etdi?
- İki cür yanaşmaq olar buna. Avrokuboklarda oynasaydıq, ola bilər ki, bizim çox futbolçumuz avrokuboklarda iştirak etməyib. Sadəcə təsnifat mərhələsində iştirak ediblər. Qrupdakı ağırlığı hiss etmədilər. Həm də o rejimə düşmək, stabil nəticə göstərmək... Nəticələrimiz ürəkaçan olmaya bilərdi, amma avrokuboklarda formalaşmaqda, ora uyğunlaşmaqda da pis olmazdı. Bu da var ki, bəlkə düşüncələrimizi, Azərbaycan çempionatını daha ciddiyə alacaqlar. Bir daha göstərdi ki, burada heç bir oyun rahat formada getmir. Daha peşəkar yanaşmaq lazımdır.
- Rəqiblər sizin taktikanı çözüblər, yoxsa gücləniblər?
- Klub olaraq daha da böyüyüblər, ambisiyalar daha da böyüyüb. Futbolda belə bir şey yoxdur ki, hər il biz güclü olmalıyıq, çempion olmalı, ya kubok qazanmalıyıq. İstəyərdik ki, daha yaxşı olaq, titulumuzu qoruyub saxlayaq. Amma "Sabah", "Neftçi" bu cür oyunlar göstərirlər. "Neftçi" həm "Sabah"la görüşdə, həm də bizimlə oyunda fərqli oyun göstərməklə bərabər, fərqli yanaşma var. Hər bir klubda böyük inam var. Azərbaycanlı kimi buna sevinirəm. Bəli, bizə asan olmaya bilər. Gələcəyə baxanda, çempionatın səviyyəsi baxımından daha vacib idi. Həm yaxşı məşqçilər gəlir ölkəmizə, həm təcrübəlilər gəlir. Bizim üçün faydalıdır. Ola bilər düşünək ki, bizim üçün sərf etmir, amma Azərbaycan futbolu üçün sərfəlidir.
Bu gün sizə tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla istədiyim nəticəni əldə edə biləcəm. Onlardan üstün də gəlsə, deyə bilmərəm. Sadəcə nə olursa-olsun 13 il qruplarda oynayırdıq. Bu dəfə düşməməyimiz... Yaxşı rəqiblərə, titullu komandalara qarşı oynadıq. Hər bir oyunda çox yaxşı futbol göstərdik. Avropa təcrübəmizi göstərə bildik. Sofiyada 120 dəqiqə oynasaq da, sona qədər inam var idi, rəqib çox bərk komanda idi. "Tvente" ilə buradakı oyunda oyun baxımından problemlərimiz oldu, amma nəticə əlimizdə idi. Bəzi oyunçularımız zədələndi, rotasiyalar oldu. Geri dönmək asan deyildi. Bəzən müzakirələr edəndə, avrokuboklar haqda danışırıq. Təsirlənirik. Hər bir halda, peşəkar idmançılarıq. Hər il avrokubok olmaya bilər, məcburiyyət yoxdur ki, biz orada olmalıyıq. İşimiz daha yaxşı olmaqdır, oyunlara yaxşı hazırlaşmaqdır. Rəhbərlik də bunu başa düşür, qəbul edir. Azarkeşlər daha artığını istəyirlər. Əmin olsunlar ki, işimizin 60-70 faizində onları düşünürük. Bu komandanın adı "Qarabağ"dır, buradakı məşqçilər korpusunda, rəhbərlikdə arxayınlaşma və məsuliyyətsizlik ola bilməz. Torpaqlarımızı geri qaytarmışıq, başımız dikdir. Amma o demək deyil ki, işimiz dayandı və məğlubiyyəti ciddiyə almayacağıq. İnanıram ki, komandanın qətiyyəti qalacaq. Ola bilər ki, nəticə iki il sonra olsun. Amma nə qədər ki, buradayam, ambisiyamızı qoruyub saxlayacağıq.
- Çempionat matçlarında topun oyunda qalmaq müddəti artıb, yoxsa əvvəlki kimidir?
- Hansısa oyunda heç də ürəkaçan olmaya bilər. Bu da meydança amili ilə bağlıdır. Bu cür oyunlar 100 faiz irəliləyişdir. Yeni qaydalara görə, məcburiyyətdən oyunun sürəti artır, çox da yıxılıb qalmırlar, autu tez atmaq lazımdır və s. 100 faiz dəyişiklik var. 4-5 komanda ilə matçlarda daha dinamik oyunlar gedir.
- Azərbaycan yığması Lixtenşteyni məğlub edə bilmədi. Sizcə, səfərdə millimiz uğurlu nəticə qazanacaq?
- Gəlin qalib gələn oyunlardan danışaq. Şansları var. Pozitiv olaraq qarşıdakı oyunlara hazırlaşmaq lazımdır. Futbol elə səviyyəyə çatıb ki, 100 faiz favorit yoxdur. Hamı inkişaf edir, hamı düşünür, hamı hazırlaşır, hamının ən azından əvvəlkindən daha yaxşı şəraiti var ki, rəqibi daha yaxşı analiz etsin. Milllimizə uğurlar arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
17.10.2026
16.10.2026























