18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”

“Neftçi” hazırda ən yaxşı formadadır. Çempionatda ən çox qol vuran komanda məhz onlardırlar. Ötən tur “Sabah”a qarşı da yaxşı çıxış etmişdilər. Yekunda matçı 1 xalla başa vurduq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirilən oyun (3:3) barədə danışarkən deyib.

O, 1:3-dən sonra ruhdan düşmədiyini bilirdib: “Matçın gedişində 2 top fərqi ilə geri düşsək də, nəticəni dəyişə biləcəyimizə inanırdım. Çünki komandamızın heyətində yaxşı futbolçular var. Buna görə düşünürdüm ki, şansımız olacaq”.

Təcrübəli qolkiper legioner limitinin ləğvindən sonra Azərbaycan çempionatının fərqli keçdiyini vurğulayıb: “İndi 11 legionerlə meydana çıxmaq mümkündür. Dünyanın bir çox ölkələrində belə qayda var. Digər tərəfdən də, “Neftçi”də gör nə qədər legioner var. Amma ən çox yerli də məhz orada çıxış edir. Emil Balayev, Rüfət, Bədəlov, Səfərov...”

Məhəmmədəliyev uzun müddətdən sonra meydana çıxmasına belə münasibət bildirib: “Psixoloji cəhətdən hazır idim. Bir qədər oyun praktikasının azlığı çətinlik yaradır. Qapıçılar üçün oynamaq vacibdir. Buraxdığım qollara da baxdım... Bir az yaxşı oynamaq olardı. Meydana çıxdıqca, daha yaxşı formada olacağam”.

“Matçın sonlarına yaxın “Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması siz futbolçulara necə təsir edir” sualını “Qarabağ”ın qapıçısı belə cavablandırıb: “Bu, mənim xoşuma gəlmir. Başa düşürəm, fanatdırlar. Nə etmək olar? Əgər xarici məşqçi olsa, tamam, danışın. Amma Qurban Qurbanov “Neftçi” üçün də yad deyil. Vaxtı ilə orada oynayıb”.

Şahruddin növbəti turda qarşılaşacaqları “Sabah”la matçdan da söz açıb: “Hazırlaşmaq, vuruşmaq lazımdır. “Sabah” yaxşı komandadır. Çempionlar Liqasında oynayırlar. Maraqlı matç olacaq. Həftəarası “Borussiya” ilə oyunlarınının olması bizim üçün hər hansı üstünlük deyil. Çünki bizə qarşı həmin görüşdən 5 gün sonra oynayacaqlar. Heyətləri də genişdir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31