17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Xarici futbol

Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “RBC Ukraine” yazıb. Uzun müddət itkin düşmüş hesab edilən keçmiş yarımmüdafiəçinin ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib.

Maksimyuk 2022-ci ilin payızında könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Sabiq futbolçu 2025-ci il yanvarın 30-da Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Maksimyukun həyat yoldaşı Vera sosial şəbəkədə paylaşım edərək ərinin ölümünün təsdiqləndiyini bildirib.

Roman Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” kimi klublarda çıxış edib.

O, 1998-2002-ci illərdə Ukrayna millisinin heyətində 5 oyun keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31