Basketbol
Qalmaqalın iştirakçısı danışdı: “Bu jesti ona yaraşdırmadım”
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihə çərçivəsində bu dəfə ölkə çempionatının VII turunun açılış oyunu - dünən keçirilən "Marafon Futsal" və "Neftçi" İK görüşündə yaşanan qalmaqala toxunacağıq.
GÖZLƏNİLƏN QALMAQAL
Yüksək Liqanın VII turun açılış matçında "Marafon Futsal" və "Neftçi" İK üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən matç ərzində “Neftçi”nin iranlı legioneri Sadiq Cavid ilə “Marafon”dan Seymur Məmmədov arasında tez-tez mübahisə yaranırdı. Məmmədov hətta ehtiyat oyunçular skamyasında oturarkən belə rəqibinin hərəkətlərinə reaksiya verirdi. Yaşananlar sonluğun yaxşı olmayacağına işarə idi. Hər şey qalmaqala, dava-dalaşa doğru gedirdi. Nəhayət ki, matçın sonunda insident daha da böyüdü. Belə ki, Sadiq Cavid komandası üçüncü qolu vurduqdan sonra “Marafon”ın ehtiyat oyunçular skamyasına tərəf üz tutdu. İranlı oyunçu rəqib komandanın üzvlərinə qarşı qeyri-etik jest etdi. Nəticədə hakim iranlı oyunçuya qırmızı vərəqə göstərdi. Lakin insident bununla da bitmədi. Hakimin final fitindən sonra “Marafon”un üzvləri “Neftçi”nin 12 nömrəsi ilə haqq-hesab çürütməyə çalışdılar. Eyni jesti bu dəfə iranlının özünə qarşı edən “Marafon”çular rəqibin üstünə getdilər. Uzun sürən gərginlikdən sonra tərəfləri sakitləşdirmək mümkün oldu. Yekun nəticə isə “Neftçi” İK-nin 3:1 hesablı qələbəsini göstərirdi.

“OYUNUM ALINMADIĞI ÜÇÜN AQRESSİV İDİM”
İlk öncə qalmaqalın iştirakçısı Seymur Məmmədovla söhbətləşdik. “Marafon”un 10 nömrəsi meydanda aqressiv olduğunu danmadı: “Bəli, aqressiv idim. Amma bu, oyunumun alınmamasından irəli gəlirdi. Daim oyun alınmayanda istər-istəməz aqressiv olursan. Həmişə belə olur. Amma o ki oyun yaxşı gedir, hər hansı aqressivliyə ehtiyac qalmır”.
İnsidentə baxmayaraq, S. Məmmədov baş verənlərin elə meydanda qaldığını bildirdi: “Heç kim istəməz ki hansısa qalmaqal yaşansın. Amma oyunda olan şeydi. Yəqin ki, əsəbdən irəli gəlir. Uduzmaq daim üzücüdür. Amma rəqib də özünü meydanda düz aparmırdı. O jesti iranlıya yaraşdırmadım. Adam udar da, uduzar da. Lakin belə hərəkət düzgün deyil. Bununla belə, artıq hər şey keçmişdə qalıb. Meydanda yaşandı, bitdi”.
Seymur Məmmədov insidentin başlamasına görə, Sadiq Cavidi ittiham etsə də, onun komanda yoldaşları da iranlıya matçdan sonra eyni jestlə cavab verdilər. “Marafon” 10 nömrəsi komanda yoldaşlarının da hərəkətini düzgün saymır: “Bizimkilər də düz eləmədi. Onlara haqq qazandırmıram. Futbolçunun jesti qol vurub, ürəkdən sevinməkdi. Gərək biz vaxtında lazım olan qolları vurardıq, qoy, onlar hirslənərdi”.
“BU, MÖVSÜMDƏ ƏN ZƏİF OYUNUMUZ OLDU”
Seymur Məmmədov “Neftçi”yə məğlubiyyətin səbəbləri haqda bunları dedi: “İkinci hissədə gücümüz çatmadı. Yaxaladığımız qol imkanlarından yararlana bilmədik. Halbuki vursaydıq, nəticə başqa cür olardı. Qolları da heç nədən buraxdıq. Meydanda başabaş mübarizə gedirdi. Nə rəqib bizdən üstün idi, nə də biz onlardan. Biz topla daha çox oynayırdıq. Meydanda ora-bura qaçırdıq, rəqib isə qol vururdu. Hesabda irəli çıxa bilsəydik, topu özümüzdə saxlayıb daha rahat oynayardıq. Amma hesabda geri düşdüyümüz üçün məcburən biz irəli gedirdik”.
“Marafon”un üzvü cari mövsümün əvvəlki illərlə müqayisədə daha çətin keçdiyini bildirib: “Çempionatın gedişatı çox güclüdü. Biz mövsümə yaxşı başladıq. Çalışırdıq maksimum nəticə verək. Daha əvvəl “Araz”a uduzduq. Yenilgiyə baxmayaraq, güclü rəqibə qarşı pis oynamadıq. Amma “Neftçi”yə qarşı eyni oyunu göstərə bilmədik. Halbuki digər rəqiblərə qarşı daha yaxşı təsir bağışlamışdıq. Bu, mövsümdə ən zəif oyunumuz idi. Kim güclü idisə, o da uddu. “Neftçi”ni təbrik edirəm”.
Seymur Məmmədov komandasının cari mövsümdəki hədəfi ilə bağlı sualımız isə belə cavablandırıb: “Məqsəd hələ ki vuruşmaqdı. Rəhbərlik də deyib yaxşı olacaq. Gözləyirik”.
Bu mövsüm bir çox komandanın heyətində iranlı legionerlərin olması diqqət çəkir. Güclü legionerin gəlməsinin hər birimiz tərəfdarıyıq. Amma elə əcnəbilər var ki, onların oyununu izləyənlərkən yerlilərdən seçilmədikləri görünür. Bu o deməkdir ki, Azərbaycan futzalın oyunçu çatışmazlığı mövcuddur. Oyunçu qıtlığı ilə bağlı sualımızı isə S. Məmmədov belə cavablandırıb: “Bu barədə dəqiq nəsə deyə bilmərəm. Oyunçunu məşqçilər yetişdirməlidilır. Biz bu məsələ barədə düşünməli deyilik. Məktəblərin olmaması ilə bağlı nə deyə bilərəm ki? İnşallah, yaranacaq”.
“MEYDANÇADA QARDAŞIMA DA GÜZƏŞTƏ GETMİRƏM”
Qalmaqalın əsas iştirakçılarından olan “Marafon”dan Seymur Məmmədovla söhbətləşsək də, “Neftçi”li Sadiq Cavidlə tərcüməçi olmadığından danışmağımız alınmadı. Əvəzində “Neftçi”nin kapitanı Rüfət Balakişiyev suallarımızı cavablandırdı. Elə təcrübəli oyunçu da meydanda ən aqressivlərdən biri idi. İlk sualımız da məhz bununla bağlı oldu: “Bununla bağlı mənə çox sual verirlər. Meydançada olanda 40 dəqiqəni qardaşım da olsa, güzəştə getmirəm. Oyuna çox bağlanıram deyə özümü cilovlaya bilmirəm. Uşaqlardan böyüyəm, kapitanam. Bəzən komanda yoldaşlarımın üstünə də qışqırıram. Vaxtı ilə böyüklər də üstümüzə qışqırıblar, sakit durmuşuq, cavab verməmişik. Bildiklərimizdən gənclərə öyrədirik, çalışırıq dəstək olaq ki oynasınlar. Bizə də bu cür dəstək olublar. Necə görmüşürüksə, elə də davam etdiririk”.
Matç ərzində baş verən insidentlə bağlı isə R. Balakişiyev bunları söyləyib: “Deyilənə görə, qol epizodundan sonra iranlı komanda yoldaşım əl hərəkəti edib. Amma həm görməmişəm. Çünki həmin anda sevinib, qolu qeyd edirdik. Sadiq hərəkətinə görə qırmızı vərəqə aldı. Rəqib oyunçular da eyni hərəkəti bizə ediblər. Sadiq Cavidlə matçdan sonra danışdım. O bildirdi ki, hər hansı qeyri-etik jest etməyib. Sadəcə sevinib. Uduzan komanda həmişə nəsə axtarır”.

“NEÇƏ İLLƏRDİ FUTZALDAYAM, BU, GÖRDÜYÜM ƏN MARAQLI ÇEMPİONATDI”
“Neftçi”nin kapitanı 3:1 hesablı qələbəni də şərh edib: “Birinci hissədə oyunumuz düzgün getmirdi. Anlaşılmazlıq vardı. Amma fasilədə taktika dəyişdi və oyunumuz daha düzgün getdi. Eləcə də yaxaladığımız şanslardan yararlandıq. Qapıçımız da gözəl oynadı”.
Təcrübəli oyunçu cari mövsümün çox maraqlı getdiyini qeyd edib: “Çox yaxşı çempionat gedir. Bütün komandalar bir-birindən xal alır. Neçə illərdi futzaldayam, bu, gördüyüm ən maraqlı çempionatdı. Hazırda biz dördüncü yerdə olsaq da, ikinci pillə ilə cəmi 2 xal fərqimiz var. Bütün oyunlara hazırlaşmaq lazımdır. Yaxşı komandalar formalaşıb”.
“OYUNÇU ÇATIŞMAZLIĞI MÖVCUDDUR”
“Neftçi”nin kapitanı əksər klubların heyətində legionerlərin yer almasının səbəbini belə izah edib: “Oyunçu çatışmazlığı var. Bütün komandalar istəyər ki, heyəti yerli oyunçulardan qurulsun. Bacarıqlı oyunçuların sayı çox olmadığı üçün məcburəm İran və digər ölkələrdən legionerlər gətirilir. Amma gələn əcnəbilərin də hamısı istedadlı olmur. Eləsi var ki, qablarında nəsə var, dərhal seçilir. Lakin elə oyunçular da gəlir ki, görürsən azərbaycanlılardan qat-qat zəifdi. Hər gələn legionerə güclü demək olmaz. Bizdə də iranlı legionerlər çıxış edir. Aramızda hər hansı narazıçılıq yoxdu. Düzdür, ilk turlarda anlaşılmazlıq var idi. Ancaq indi hər şey yaxşıdı. Ötən tur “Araz”dan xal aldıq, bu dəfə “Marafon”a qalib gəldik. “Neftçi” həmişə çempioluğa oynayıb. Biz çempionata iştirak üçün qatılmamışıq. İlk 3 yerdən biri bizim olmalıdı. Aydın məsələdir ki, “Araz” çempionatda hegemonluq edir. Biz də istəyərik ki, UEFA kubokunda çıxış edək. Amma “Araz”ı danmaq olmaz. Millinin bazasıdı, onların səviyyəsi daha yuxarıdı. Bütün bunlara baxmayaraq, biz də çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda hələ 3 dövrə var”.
"Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























