15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Xarici futbol

Fatih Tekke istefa verdi, rəhbərlik qəbul etmədi

"Trabzonspor" Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə də  "Ferentsvaroş"a uduzmasından (ümumi nəticə 0:5) sonra komandanın baş məşqçisi Fatih Tekke istefa verib.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Macarıstandakı ağır məğlubiyyətin ardından keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib. Bununla bağlı klub rəsmi açıqlama yayıb: "Baş məşqçimiz Fatih Tekke, "Ferentsvaroş"a qarşı məğlubiyyətin güclü emosional təsiri səbəbindən istefa vermək qərarına gəlib. "Trabzonspor" Direktorlar Şurası Fatih Tekkenin istefasını qəbul etməyib. Fatih Tekke baş məşqçi vəzifəsində davam edəcək və "Amedspor"a qarşı Superlliqa matçında komandaya rəhbərlik edəcək".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30