2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Xarici futbol

"Milan"ın əfsanəsi vəfat etdi

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Milan"ın mətbuat xidməti açıqlama yayıb.

Ağciyərindən keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparan Barezi 66 yaşında dünyasını dəyişib.

Klubun açıqlamasında Barezinin ölümünün böyük itki olduğu vurğulanıb.

Qeyd edək ki, Barezi karyerası ərzində yalnız "Milan"da çıxış edib. O, 1977-1997-ci illərdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (indiki UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb. Barezi 15 il "Milan"ın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma əbədiləşdirilib.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30