2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Xarici futbol

ÇSKA-nın sabiq prezidenti: “Qarabağ”dan qorxmuruq”

ÇSKA-nın və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mixov bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu barədə danışıb.

Futbolxeber.az saytının topsport.bg-yə istinadən verdiyi məlumata görə, o, Sofiya klubunun mərhələ adlamaq üçün kifayət qədər güclü olduğunu bildirib:

Mixov Bakıdakı ilk oyunda ÇSKA-nın rəqibindən üstün oynadığını deyib: "Taktiki hazırlıq və məşqçilərin futbolçuları necə yerləşdirəcəyi çox önəmlidir. ÇSKA-nın kifayət qədər yaxşı oyunçuları var. Xristoya məsləhət verməyəcəyəm. Futbolçular özlərinə inanmalı, başlarını dik tutmalıdırlar. ÇSKA böyük klubdur. Onlar emblemin dəyərini hiss etməlidirlər. Özünəinam, ürək və ağılla oynamaq vacibdir.

"Qarabağ" yaxşı komandadır. Amma düşünürəm ki, Bakıda onları üstələmişdik. İndi də həmin oyunu təkrarlayıb ən azı 1-2 qol vurmalıyıq. Emosiyalar düşməndir. Xarakter göstərməliyik. Biz ÇSKA-yıq, heç kimdən qorxmuruq. Cümə axşamı meydana inamla çıxmalı, rəqibi əzməliyik. Geriyə yox, yalnız irəli oynamalıyıq. Bu matçda qələbə mütləqdir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30